“Dağlıq Qarabağda həyəcanlı vəziyyət yaşandı, amma tez bir zamanda dayandırıldı”.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov baş verənlər barədə az məlumat olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini söyləyib.
"Bu, sülhməramlılarımız üçün əlavə bir yükdür",- deyən Kreml sözçüsü baş verənlərlə bağlı dərhal əlaqə yaradıldığını açıqlayıb.
"Bu, verə biləcəyimiz bütün məlumatlardır. Həqiqətən, həyəcanverici bir vəziyyət var idi, amma tez bir zamanda dayandırıldı",- deyə o qeyd edib.
Bizim.Media