Tarixi abidəyə müdaxilənin qarşısı alındı - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Hacı Əziz məscidində aparılan qanunsuz təmir işlərinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əziz məscidinə (3200 inventar nömrəli) müdaxilə faktı aşkar edilib.
 

Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən məscidə baxış keçirilən zaman “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyən
edilib.


Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət - “Dostluq H-EL” MMC-nin nümayəndələrinə işlərin dərhal dayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində abidənin xarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminə qaytarılıb.

İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

End of content

No more pages to load

RADİO