Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Qarşıdan gələn 17 günlük qeyri-iş günləri dövrü işçilərin hüquqları və əməkhaqqının hesablanması məsələsini gündəmə gətirib. Bu müddətdə işə cəlb olunan əməkdaşların ödənişi və ikiqat əmək haqqı prinsipi cəmiyyətin diqqət mərkəzindədir. Eyni zamanda əlavə istirahət günlərinin verilməsi mexanizmləri də qanunvericiliklə tənzimlənir.

Bizim.Media xəbər verir ki, iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın yeni dəyişiklik edilmiş Əmək Məcəlləsi həm daxildə, həm də dünyada əmək münasibətlərini tənzimləyən sənədlər arasında ən çox dəyişikliklərə məruz qalan sənədlərdəndir.

O qeyd edib ki, yeni Məcəllədə beynəlxalq sosial məsuliyyət standartları, müasir trendlər və digər vacib məsələlər nəzərə alınıb:

“Qeyri-iş günlərində işləyən işçilərin əmək ödənişi bir günlük iş üçün ikiqat nəzərdə tutulur. Bu ödəniş istirahət, bayram və matəm günləri üçün minimum səviyyədir. İşçi istəsə, başqa gün əlavə istirahət günü götürə bilər. Xüsusilə xidmət sahələrində vətəndaşlara fasiləsiz xidmət təmin edilməlidir və həmin əməkdaşların ödənişi də ikiqat həyata keçirilir. İşə cəlb olunan personalın razılığı mütləq alınmalı, sonra müvafiq rəsmiləşdirmə işləri aparılmalıdır".

Əgər bayram günü işə çağırılırsınızsa, həmin günün pulu sizə adi gündəkindən iki dəfə çox ödənilməlidir. Məsələn, gündəlik qazancınız 30 manatdırsa, bayramda işlədiyiniz hər gün üçün 60 manat almalısınız. Əgər əlavə ödəniş istəmirsinizsə, bunun əvəzinə rəhbərlikdən başqa bir iş günündə istirahət tələb edə bilərsiniz.

Həmçinin işəgötürən sizi məcburi şəkildə işlədə bilməz. Bunun üçün mütləq sizin razılığınız olmalı və rəsmi əmr verilməlidir. Bu qaydalar işçilərin həm əməkhaqqının düzgün hesablanmasını təmin edir, həm də onların hüquqlarının qorunmasına xidmət edir.

Uzunmüddətli tətil dövründə xidmət və istehsalat sahələrində çalışanların bu hüquqlarını bilməsi vacibdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi, həmçinin istirahət günlərinin yerdəyişməsi nəticəsində martın 20-dən 30-na qədər ardıcıl 11 gün iş olmayacaq. Bundan əlavə, 8 Mart Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi üçün 9 mart tarixi də istirahət günü hesab ediləcək. Beləliklə, vətəndaşlar mart ayında bayramlar və şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 17 gün istirahət
edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

End of content

No more pages to load

RADİO