MİLLƏT VƏKİLİ: “AMEA-nın rəhbərliyi qapalı mühit formalaşdırıb”

Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı apardığımız DİSPUTUMUZ davam edir. İlk məqalədə dediyimiz kimi AMEA-na ünvanladığımız sorğu-suallar bürokratik döngələrdə ilişib qalıb.

Qurumun fəaliyyəti ilə bağlı ictimaiyyətlə əlaqələr şöbəsinə ünvanladığımız suallara gah dedilər ki, saytımızda bütün məlumatlar var. Bizə lazım olan məlumatları tapa bilməyəndə yenidən şöbə ilə əlaqə saxladıq. Cavab isə belə oldu:

Siz bu sualları niyə verirsiniz? 

Suallarımın məzmunu isə AMEA-nın fəaliyyət istiqamətləri ilə bağlı idi. 

AMEA-dan səs çıxana qədər isə Bizim.Media-nın elmi müzakirəsinə Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev qoşulub. Millət vəkili AMEA-nın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi:

“Bu gün dünyada elmi tədqiqat müəssisələrinin, elm mərkəzlərin, Universitetlərin reytinqləri açıqlanır. Bu əlbəttə ki, elmlə bağlı reytinqlərdir. AMEA reytinqlərdən kənarda qalır.

AMEA-nın alimlərinin tədqiqatlarına verilən istinadlar, elektron məkandakı bu elm mərkəzinin görünüşü barədə bizdə heç bir məlumat yoxdur. AMEA rəhbərliyi maraqlı olmalıdır ki, nəticələr aşağı olsa belə bu sonucları özlərinin saytlarında dərc etsin. Bu qurumun sanballı elmi jurnalları olmalıdır. Halbuki bu barədə düşünən belə yoxdur”.

AMEA alimlərinin ictimai rəyə təsiri çox aşağı səviyədədir deyən, millət vəkili son hadisələr zamanı AMEA-nın fəaliyyətsizliyinə də toxundu:

“Biz Vətən müharibəsi apardıq, qələbələr qazandıq. Alimlərin az bir qismi bu mötəbər işimizlə bağlı sosial şəbəkələrdə aktiv oldular. Önəmli mövzularda alimlər ölkənin gələcəyi üçün müəyyən proqnozlar verməli, hesablamalar aparmalıdırlar”. 

Etibar Əliyev vurğuladı ki, AMEA-nın nəşrləri sanki özlərinin daxili istifadələri üçündür. Dünya üçün heç bir maraq kəsb etmir. AMEA-da elmin populyarlaşdırılması işinin aparılması çox aşağı səviyyədədir:

“Ölkəmizdə AMEA alternativi olmayan bir elm mərkəzidir. Bütün dünyada elmin populyarlaşması istiqamətində böyük işlər görülür. Bunun sayəsində gənc nəslin elmə olan marağı artırır. Bakalavr və magistrları elmə həvəsləndirirlər. AMEA-da isə avtoritar idarəçilik hökm sürür. Elm isə demokratik idarəetməni sevir. AMEA-nın rəhbərliyi qapalı mühit formalaşdırıb''.

''AMEA-da üfuqi idarəetməyə üstünlük verilməlidir. Elm müəssisələri şaquli idarəetmədən əl çəkməlidirlər. Hamının nəticələri elmi ictimaiyyətə açıq olmalıdır. Bir adamın tapşırıqlarını ilə elmdə irəliləyişə nail olmaq mümkün deyil. Bu sovetdən qalma ənənədən imtina etmək lazımdır. Alimlərin disskusiyya klubları yaradılmalı, elmlərin yeni paradiqmaları mütəmadi təhlil olunmalıdır”.

Etibar Əliyev AMEA-nın institutlarında, dissertasiya müdafiələrinin əksəriyyəti şübhələr doğurduğunu da dilə gətirib: 

“Plagiata son verilməlidir. Birinin başqasının elmi işlərini yazması halı çoxalır. Belə olan halda elmdə sağlam mühitdən danışmağa dəyməz. Mən düşünürəm ki, AMEA-nın daxilində keyfiyyətli elmi mühitin yaradılmasına gec də olsa nail olmaq lazımdır”.

Millət vəkili çıxış yolu kimi deyir ki, hökümət bu elmi müəssisəni monitorinq etməlidir. Bununla yanaşı AMEA gəncləşməlidir. İnstitut direktorlarına maksimum 10 il müddət qoyulmalıdır. Gənclər bu qurumda perspektiv hiss etsələr bura daha əzmlə bağlanmış olarlar.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

End of content

No more pages to load

RADİO