Mixail Finkel: "Rəsmi İrəvan terrorçuları qəhrəmanlaşdırır" - ÖZƏL

İsraildə hər kəs Azərbaycanın Zəfər Paradına qürur hissi ilə tamaşa edirdi. Bu fikirləri
Bizim.Media-ya 44 günlük savaşda Azərbaycanın qələbəsi barədə İsrailli politoloq, tarixçi, tanınmış ictimai xadim Mixail Finkel bildirib.

44 günlük savaşda Azərbaycanın qələbəsi haqqında nə deyə bilərsiniz?

"İşğal davam edən bu 30 ildə ermənilər özlərinin məğlubedilməzliyi, ordularının döyüş ruhu barədə uydurma miflər yayırdılar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Siz, ermənilərin 30 illik uydurma miflərini darmadağın etdiniz.

Əvvəla Siz sübut etdiniz ki, məğlubedilməz erməni döyüş ruhu deyə bir şey yoxdur. Hansının ki, nə müasir silahı, nə düzgün zabit təhsili, nə lazımi maddi bazası, nə də uydurduqları döyüş ruhu var.

İkinci isbatınız isə ondan ibarətdir ki, həqiqətən də Azərbaycan ordusu Qafqaz regionunun ən güclüsüdür. Çünki həm qərb standartlarına uyğun təlim görmüş zabitləriniz, həm də ən müasir silahlarınız var. Ən əsası da döyüş ruhunun gücü! Məhz bu patriotluq və döyüş ruhu əcdadlarınıza aid torpaqları işğaldan qurtarmağa kömək etdi"

Bəs, Azərbaycanın II Qarabağ savaşındakı qələbəyə həsr olunan Zəfər paradı haqqında nə düşünürsünüz?

"Biz İsraildə sizin parada qürur hissi ilə baxırdıq. Diqqətimizi ən çox çəkən yeni növ silahların nümayişi oldu. Əlbəttə, ələ keçirilən erməni silahlarını da qeyd etməliyəm. Erməni silah-sursatının Bakıya gətirilməsi həm sevindirici, həm də gülməli idi. Gülməli tərəfi odur ki, ələ keçirilən erməni silahlarının təqdim olunması paradın psixoloji məqamı olmaqla yanaşı, həm də Ermənistanın zəifliyinə işarədir. Sizə afərin. Biz baxırdıq ki, hamınız bir nəfər kimi bu qələbəyə sevinirdiniz. Əlbəttə Türkiyə kimi qardaşınızın olması da vacib nüansdır.

Hər cəbhədə qələbə sizinlə idi. Döyüş meydanında zəfər, tərəfdaş seçimində qələbə, İsrail də onlardan biridir. Diplomatik savaşda qələbə, Rusiya ilə düzgün qurulmuş xarici əlaqələr İlham Əliyevin bu illər ərzindəki siyasi müdrikliyinin göstəricisidir.

Bakının mükəmməl siyasi konsepsiyasına rusdilli məktəblər, KİV, Azərbaycanda rus dilində danışan bütün millətlərə qayğı, liderinizin Putinlə mehriban münasibətləri də daxildir. Çünki bütün bunlar Azərbaycana kömək etdi"

DTX  Hadrutda anti-terror əməliyyatı reallaşdırdı. Səbəb isə, razılaşmaya rəğmən ermənilərin həyata keçirtdiyi terror aktlarıdır. Ermənilər terrordan niyə əl çəkmir?

"Erməni tərəfinin terror törətdiyi barədə danışanda unutmaq olmaz ki, rəsmi İrəvan terrorçuları qəhrəmanlaşdırır. Bu səbəbdən onların terror reallaşdırmasına təəccüblənmirəm.

Terrorçu qəhrəmanlaşdıranlardan hər şey gözləmək olar. Beynəlxalq terrorçu kimi tanınan ermənilər Ermənistanın Milli Qəhrəman Məzarlığında dəfn olunub. Yəni terrorçular Ermənistanın qəhrəmanlarıdır. Bu həm də onların zəifliyindən xəbər verir. Çünki hərbi əməliyyatların terrorizm metodundan istifadəsi zəiflikdir."

Qələbə və xeyirxahlıq qalib ordulara xas xüsusiyyətdir deyən Mixail Finkel terror və amansızlıq göstərən qoşunları zəif adlandırıb. "Təəssüf ki, biz bu mənfi xüsusiyyətləri Ermənistan ordusunda görürük"- deyə bildirib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

End of content

No more pages to load

RADİO