Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli adlandırılması təklif olunur.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında baxılacaq.
İclasda "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirə olunacaq.
Bizim.Media