İranın Xarici İşlər naziri Cavad Zərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında oxuduğu şeirə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, nazir bununla bağlı tvitter hesabında paylaşım edib.
O bildirib ki, ərdoğan şeirin mahiyyətinə varmayıb və əslində onu söyləməklə Azərbaycanın suverenliyinə qarşı olub:
“Ərdoğana Bakıda oxuduğu şeirin, Araz çayının şimalındakı ərazilərin İrandan zorla ayrılmasına aid olduğu barədə məlumat verilməyib. Azərbaycan Respublikasının suverenliyini pozduğunu başa düşmədimi?”
Zərif deyib ki, heç kim Azərbaycan haqqında danışa bilməz.
Bizim.Media
