Milli Məclisin sədri Sahibə Qafarova “YAŞAT” Fondu ilə bağlı deputatlara müraciət edib.
Bizim.Media xəbər verir ki, spiker millət vəkillərini fonda dəstək olmağa çağırıb.
S.Qafarova bildirb ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev YAŞAT fondunun yaradılması ilə bağlı fərman imzalayıb:
“Milli Məclis bu cür humanitar aksiyalarda iştirak edir. Ona görə də Milli Məclisin Aparatının işçilərini, İşlər idarəsinin işçilərini və deputatları yaradılmış bu fonda dəstək olmağa çağırıram”.
Bizim.Media