Əli Nağıyev italiyalı komandanla görüşdü - VACİB MÜZAKİRƏ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev bu gün ölkəmizdə səfərdə olan İtaliya Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı dövlət başçılarının səyləri nəticəsində iki ölkə arasında sıx əlaqələrin qurulmasından və mövcud dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

General-polkovnik Əli Nağıyev beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edən Xidmət rəisi Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sisteminin formalaşdırıldığını diqqətə çatdırıb.

Eyni zamanda, ölkələrin təhlükəsizlik orqanlarının Akademiyaları arasında işbirliyinin genişləndirilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının biliklərinin və təcrübələrinin artırılması, kadrların hazırlanması məqsədilə İtaliyanın müvafiq təhsil ocağında təşkil olunmuş kurslara cəlb olunması xüsusi vurğulanıb.
 

Səmimi qarşılanmaya və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən italiyalı qonaq ölkəmizə səfərin onda xoş təəssürat yaratdığını, iki dövlətin çoxşaxəli əlaqələrinin  bundan sonra da inkişaf edəcəyinə və daha müntəzəm olacağına əminliyini ifadə edib.


Yuxarıda sadalanan təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətindən də danışan Cüzeppe Zafarana İtaliya ilə Azərbaycan arasında möhkəm və davamlı tərəfdaşlığın olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı geniş müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Kürdəmirdəki yanğın söndürüldü

Kürdəmirdəki yanğın söndürüldü

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

TikTok paylaşımından 12 gün sonra öldürüldü

TikTok paylaşımından 12 gün sonra öldürüldü

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır

Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır

End of content

No more pages to load

RADİO