Ələt–Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, belə ki, iki "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralananlar Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Məhər Kərimov, Binəqədi rayon sakinləri, 1999-cu il təvəllüdlü Balaş Mustafayev və Elşən Mustafalıdır.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu