“Soçi görüşü Moskva və Bakının siyasi qələbəsi idi” – İqor Korotçenko - EKSKLÜZİV 

Rusiyalı hərbi ekspert İqor Korotçenko Dünən Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü şərh edərək öz fikirlərini özəl olaraq Bizim.Media ilə bölüşüb. 

O, açıqlamasında bildirib ki, Soçi görüşü Rusiya siyasi dairələri tərəfindən çox yüksək şəkildə dəyərləndirilib. Bu rəsmi Moskva və Bakının böyük siyasi qələbəsi idi. 

“Rusiyanın regionda sülhün bərqərar olunmasından kənarlaşdırmaq istəyən və Avropa İttifaqının köməkliyi ilə Brüsselə görüşünə can atan Paşinyan Putinin təzyiqi ilə Soçi görüşünə gəlməyə məcbur oldu.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Azərbaycan üçün Rusiya dostdur” - VİDEO


Soçi sammitində Ermənistanın mövqeyi qəti diqqətə alınmadı. Çünki onların mövqeyi Cənubi Qafqazda sülhün bərqərar olunması üçün çalışan Rusiyanın fikirlərinə ziddir. Azərbaycan isə 10 Noyabr sazişinə hər zaman sadiqdir. Putin görüşdə də xüsusi olaraq nəqliyyat dəhlizindən söz açaraq, Paşinyana Rusiyanın da marağında olan Zəngəzur dəhlizinin  açılmasının vacibliyini vurğulamış oldu.

Bundan başqa Putin tezliklə demarkasiya və delimitasiya prosesini həyata keçirilməsi üçün xüsusi komissiyanın yaradılması məsələsindən danışaraq, Ermənistana mütləq şəkildə tezliklə bu məsələdə Azərbaycanla razılığa gəlməyin vacibliyini vurğuladı”.

Korotçenko həmçinin qeyd edib ki, görüş zamanı Vladimir Putin Paşinyana 16 noyabrda sərhəddə baş verən hadisələrin fonunda Azərbaycandan şikayət etməyə qəti imkan vermədi:

“Putin açıq şəkildə qeyd etdi ki, hazırda dəqiq sərhədlər bəlli deyil və tezliklə bu sərhəd xətləri müəyyənləşməlidir. Bununla da Soçi görüşündə Ermənistanın siyasi mövqeyini yeritmək cəhdləri fiaskoya uğradı və Rusiya tərəfindən qəbul olunmadı. Burada Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev həmrəy idilər”.

Hərbi ekspert üçtərəfli görüşdən öncə iki dövlət başçısı arasında keçirilən ikitərəfli görüşün səmimi ortamda keçdiyini və Paşinyanın isə bu münasibətlərdən necə kənarda qalmasından da söz açıb.

O, vurğulayıb ki, Rusiya və Azərbaycan prezidentləri iki lider kimi deyil, iki dost kimi söhbətləşiblər:
 

“Bu görüşdən də görünürdü ki, Putinin İlham Əliyeva qarşı böyük simpatiyası var. Onlar iki siyasi lider kimi deyil, iki dost kimi görüşdülər. Bütün bu proseslərin fonunda bir küncdə oturan Paşinyan isə özünü siyasət arenasında məğlub olunmuş biri kimi hiss edirdi.


Paşinyana ancaq rəsmi Moskvanın təziqi ilə orada səslənən bütün məsələlərlə razı olmaq qaldı. Bu ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası, ikincisi isə Ermənistan ordusu tərəfindən deyil, məhz Rusiya Federal Təhlükəsizlik Xidmətinin mühafizə edəcəyi Zəngəzur dəhlizi məsələsi idi. Rusiya Zəngəzur dəhlizinin əsas komunikasiyaların açılmasında çox vacib keçid hesab edir. Azərbaycan isə bu dəhliz vasitəsilə birbaşa Naxçıvanla əlaqə yaradacaq”. 

İqor Korotçenkonun fikrincə, Soçi görüşündən fərqli olaraq, 15 dekabrda Brüssel sammitində Paşinyan tam fərqli obrazda çıxış edəcək. Onun sözlərinə görə Ermənistan başçısı burada havadarlarına arxayın olaraq, Azərbaycana qarşı təzyiq göstərməyə çalışacaq:

“Çox güman ki, Paşinyan Brüsseldə keçirilən görüşdə tam başqa performans nümayiş etdirəcək.  O, ilk növbədə orada erməni xislətinə xas olaraq, Azərbaycandan şikayət etməyə başlayacaq. Çünki Putin Soçi görüşü zamanı buna imkan vermədi.
 

Böyük ehtimalla Nikol Brüsseldə Avropa İttifaqının arxasında duran ABŞ-ın dəstəyi ilə Azərbaycan ərazisində təxribat törədən erməni separatçılarinın “erməni əsrləri” kimi azad olunması məsələsini gündəmə gətirəcək.


Həmçinin Paşinyan Qarabağın statusu məsələsini ortaya atıb, bunun qanuniləşdirilməsi və ATƏT-in Minsk qrupunu regiona cəlb etmək haqqında fikirlər söyləyəcək. Sözsüz ki, o, Brüsseldə 16 noyabrda sərhəddə baş verən hadisələri də yada salıb, Azərbaycanın ünvanına iddialar səsləndirəcək.

Paşinyan Brüsseldə revanş qazana bilməsə də bütün neqativlərini Azərbaycanın üzərinə tökməyə çalışacaq. Sözsüz ki, Avropa da Paşinyana qulaq asıb, onu dəstəkləməyə çalışacaq”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İctimai birliyin layihəsi başa çatdı

İctimai birliyin layihəsi başa çatdı

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Kürdəmirdəki yanğın söndürüldü

Kürdəmirdəki yanğın söndürüldü

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

TikTok paylaşımından 12 gün sonra öldürüldü

TikTok paylaşımından 12 gün sonra öldürüldü

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

End of content

No more pages to load

RADİO