Bu gün üçtərəfli görüşdür – Ermənistanın gözləntiləri nədir?

Bu gün Soçidə Əliyev-Putin-Paşinyan üçtərəfli görüşü baş tutacaq, lakin Moskvanın rəhbərliyi ilə keçirilən görüş ərəfəsində tərəflərlə bağlı qapılar arxasında danışıqlar aparılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Kremlin yaydığı bəyanata görə, dünən Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının prezidenti Şarl Mişel ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

Vladimir Putin Çarlz Mişelin xahişi ilə Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi üçün atılan addımlar (dinc həyatın qurulması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası) barədə məlumat verib. 

Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə də məhz bu məsələlərə baxılması planlaşdırılır. Ötən gün Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.

Sergey Lavrov və Ararat Mirzoyan 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını da müzakirə ediblər.

Ermənistan-Türkiyə gündəmi də maraq dairəsindədir. İrəvan Moskvanı Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə heç bir şərt qoymadan başlamağa hazır olduğu barədə məlumat verib, baxmayaraq ki, Ankara son aylarda İrəvan üçün öz ilkin şərtlərini ən yüksək səviyyədə irəli sürüb.

Rusiyalı politoloq Aleksandr Skakov “Joxovurd” qəzetinə bildirib ki, görüşdən sonra heç bir köklü dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, görüş zamanı ilk növbədə tərəflər arasında regionda vəziyyət, humanitar məsələlər, eləcə də əsas problemlərin həllinə baxış müzakirə olunacaq.
 

“Heç bir dönüş olmayacaq, çünki Türkiyə və Azərbaycan daim ilkin şərtlər dilində danışırlar. Onlar konstruktiv sahəyə keçmirlər və vəziyyətdən maksimum siyasi dividendlər almağa çalışırlar”. 


Onun fikrincə, az-çox razılığın əldə oluna biləcəyi yeganə məsələ bu görüşdən sonra başlaya biləcək demarkasiya və delimitasiya məsələsidir”, - qəzet qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İctimai birliyin layihəsi başa çatdı

İctimai birliyin layihəsi başa çatdı

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Kürdəmirdəki yanğın söndürüldü

Kürdəmirdəki yanğın söndürüldü

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

Yumurta UCUZLAŞACAQ – 1 qəpiyə SATILACAQ?

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

33 yaşlı kişi Qarabağ kanalında batdı– VİDEO

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Biləsuvarda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Göyçayda transformator PARTLADI: Yanğın baş verdi - VİDEO

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

Ağcabədidə bədbəxt hadisə: Traktor elektrik dirəyinə çırpıldı – Ölən var

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

İşğal altındakı Krımda S-400 kompleksi məhv edildi – VİDEO

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

Ağ Ev elmi-fantastika üslubunda animasiya yayımladı – VİDEO

TikTok paylaşımından 12 gün sonra öldürüldü

TikTok paylaşımından 12 gün sonra öldürüldü

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

Ağdamın Kəngərli və Papravənd kəndlərindəki yanğınlar söndürüldü

End of content

No more pages to load

RADİO