Şahin Mustafayevin Tehran görüşlərinin TƏFƏRRÜATI – İran nə istəyib? 

Baş nazirin müavini Şahin Mustafayev noyabrın 21-də İrana rəsmi səfər edib. Üç iranlı nazirlə aparılan müzakirələr zamanı bir sıra önəmli əməkdaşlıq məsələləri ətrafında da müzakirələr olub. 

İlk olaraq, İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi, daha sonra isə neft naziri Cavad Oci ilə görüşən Şahin Mustafayev enerji və logistika sahəsində əməkdaşlığın inkişafından danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

İran Naxçıvana qaz verəcək - Şahin Mustafayevin TEHRANDA konstruktiv görüşü


Müzakirələr zamanı üç məsələ xüsusilə diqqət çəkib:

1. Şimal-Cənub nəqliyyat dəhlizi. İran üçün böyük önəm kəsb edən bu dəhlizin yenidən müzakirəyə çıxarılması mühüm əhəmiyyətə malikdir.

Belə ki, Avropaya və Rusiyaya çıxış imkanları məhdud olan Tehran üçün Şimal-Cənub nəqliyyat dəhlizinin önəmi Gorus-Qafan yolunda baş verən son proseslərdən sonra daha da artıb. Belə ki, Ermənistandan keçməklə Gürcüstana, sonrasında isə Qara dənizə qədər uzanan yolun üzərində Azərbaycanın gömrük postları yaratması bu istiqamətdə daşınma xərclərinin xeyli artmasına səbəb olmuşdu. Bu səbəbdən də, İran dondurulmuş Şimal-Cənub dəhlizinə indiki situasiyada daha çox maraq göstərir. Eyni zamanda Azərbaycan tərəfi də görüş zamanı bu məsələni qabartmaqla, dəhlizin açılmasında maraqlı olduğunu nümayiş etdirib.

2. İrandan Naxçıvana qaz axınının davam etdirilməsi.

Naxçıvan Muxtar Respublikasının enerji ehtiyacının böyük bir qismi məhz İran tərəfindən qarşılanırdı. Çünki Azərbaycanın qaz yataqlarının yerləşdiyi Şərq hissəsindən, İran ərazisindən keçməklə Naxçıvanı qazla təmin etmək iqtisadi cəhətdən səmərəli deyildi. Bu sahədə əməkdaşlığın yaxın illərdə davam etdirilməsi, iki tərəf üçün də böyük önəmə malikdir. 
 

Sanksiyalar səbəbindən neft-qaz ehtiyatlarını xarici bazara çıxarmaqda çətinlik çəkən İran üçün, Naxçıvana ixrac heç də kiçik qazanc mənbəyi hesab olunmamalıdır.


Azərbaycan üçün isə, Zəngəzur dəhlizi vasitəsilə enerji xətlərinin açılması gerçəkləşənədək, bu əməkdaşlığın davam etməsi vacibdir.

Eyni zamanda hər iki tərəfin də, Naxçıvana qaz verilməsi məsələsində ciddi problemləri olduğunu söyləmək doğru olmazdı. Çünki Bakı-Tehran münasibətlərində gərginliyin pik həddə olduğu vaxtda belə, İran tərəfi bu “kozır”ı ortaya ataraq, Azərbaycanı təhdid etməyib.

3. İran yük maşınlarının gömrük rüsumundan azad olunması.

Qasim Rüstəminin İran mətbuatına verdiyi açıqlamada, Şahin Mustafayevlə görüş zamanı sözügedən mövzunu qabardacağını qeyd edib. Bunun əsas səbəbi isə, Gorus-Qafan yolunda qurulan gömrük postlarının İran şirkətlərinin xərclərini xeyli artırmasıdır. Lakin hələlik bu məsələdə hər hansı formada razılaşma əldə olunmayıb.

Buna rəğmən, Azərbaycan-İran əməkdaşlığı danışıqlar masasında qeyd olunduğu kimi, yüksək templə inkişaf edərsə, rəsmi Bakı Tehrana bu istiqamətdə də müəyyən güzəştə gedə bilər.

Yeni mərhələnin ilk addımları

İqtisadi müzakirələrin aparıldığı görüşlərdən sonra, Şahin Mustafayev İranın xarici işlər naziri Əmir Abdullahianla da görüş keçirib. Ümumilikdə, bu görüşün də müsbət keçdiyini söyləmək olar. Belə ki, İran rəsmisi Azərbaycanla gərginlik dövrünün geridə qaldığı fikrini təkrarlamaqla, Tehranın Bakı ilə münasibətləri yoluna qoymaq niyyətində olduğu mesajını verib.

Şahin Mustafayevin İrana səfərinin ardından iki ölkə arasında münasibətlərdə müsbət siqnallar daha da artıb. 
 

Belə ki, noyabrın 22-də İran XİN-in sözcüsü Səid Xətibzadə iki ölkə liderləri arasında görüşün keçirilə biləcəyini qeyd edib. İran rəsmisi ölkələrarası münasibətlərin Şahin Mustafayevin səfəri ilə yeni mərhələyə qədəm qoyduğunu da qeyd edib.


Ümumilikdə isə, tərəflər arasında iqtisadi əməkdaşlığın inkişafının siyasi sferada da özünü büruzə verəcəyini proqnozlaşdıranların sayı xeyli yüksəkdir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Makron Ermənistana səfər edəcək...

Makron Ermənistana səfər edəcək...

İranda 21 yaşlı gənc edam edilib - FOTO

İranda 21 yaşlı gənc edam edilib - FOTO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Tiktoker ev dustaqlığına BURAXILDI

Tiktoker ev dustaqlığına BURAXILDI

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

End of content

No more pages to load

RADİO