Rene Van der Lindeni Azərbaycana dost edən nədir? - MARAQLI FAKTLAR

2008-ci ilin bu günü, 19 noyabr tarixində Niderlandın Haaqa şəhərində “Azərbaycanın Holland Dostları” cəmiyyəti təsis edilib. Cəmiyyət nəyə xidmət edir və hazırda fəaliyyət göstərirmi?

Bizim.Media xəbər verir ki, cəmiyyət barədə internetdə 2011 və 2014-cü ilə aid xəbərlərdən başqa informasiya aşkarlanmayıb.

Belə ki, 2011-ci ilin məlumatına görə, cəmiyətin sədri olan beynəlxalq miqyaslı siyasətçi Rene Van der Linden Niderland Senatının Yuxarı Palatasının sədri seçilib.

2014-cü ildə isə “Azərbaycan Holland Dostları”nın təşəbbüsü ilə Azərbaycan xalqının şərəfinə xrizantema gülünün “Azəri” adlı yeni növü yetişdirilib.

Rene Van der Linden kimdir?

⦁  14 dekabr 1943-cü ildə dünyaya gəlib. 78 yaşı var.

⦁  Xristian demokratları təmsil edib.

⦁  2005-2008-ci illərdə AŞPA-nın sədri olub. Onun sədrliyi dövründə AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Sonuncu məlumatı Azərbaycanın Niderlanddakı səfirliyi 2011-ci ildə yayıb.

⦁  Həm də iqtisadçıdır.
 

Xatırladaq ki, 2017-ci ildə Prezident İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşü olub. 


Müxtəlif vaxtlarda onun Azərbaycan hökuməti və xalqına təbrik məktubları da olub. Yuxarıda qeyd olunduğ kimi, o, Niderland-Azərbaycan Dostluq Qrupunun sədridir. “Azərbaycanın Holland Dostları” cəmiyyətinin rəhbərliyi uzun zamandır ki, Marion Van der Veqt və Leyla Babayevaya məxsusdur. Cəmiyyət həm də “DufoA” Assosiasiyası kimi tanınır. Bu adla axtarış verdikdə isə, internetdə bol resursla rastlaşmaq olar.

Belə ki, Marion uşaqlıqdan bəri Qafqaz xalqlarının mədəniyyətinə aşiq insandır. 2008-ci ildə Azərbaycan səfərindən sonra bu ölkəni daha da çox sevib:

“İki övlad anası olduğum üçün müharibədə nə qədər cavan insanın öldüyünü bilib üzülməyə bilmirəm. Azərbaycan 30 il münaqişəni diplomatik yollarla həll etməyə çalışıb. Lakin İrəvanın təxribatları Bakını savaşa məcbur qoyub. Azərbaycanın zəfərlə nəticələnən savaşına qatqımız “Xarı və Bülbül” kitabıdır”.

Digər fəaliyyətlərə gəlincə:

1. Haaqadakı Sülh Sarayına beynəlxalq aləmin diqqətini Xocalı soyqırımına çəkmək məqsədilə milyonlarla imza olan kitab təqdim olunub.

2. Azərbaycana aid bitkilər Hollandiyada nümayiş olunub.

3. Azərbaycanlı müğənni və musiqiçilərin iştirakı ilə 20-dən çox konsert təşkil edilib.

4. Azərbaycanlı rəssamların sərgiləri də keçirilib.

5. İncəsənət xadimlərinin iştirakı ilə 10-dan çox görüş baş tutub.

6. Çiçək və şərab festivalları...

7. Lisse şəhərində Azərbaycanın 11 icra başçısı və Niderlandın meri, nazirlik əməkdaşları ilə birgə tədbirlər...

Bundan başqa Niderlandın 63 illik parad tarixində yalnız 2010-cu ildə başqa dövlət də iştirak edib. Və bu, Azərbaycan olub. 
 

13 ildir ki, fəaliyyət göstərən cəmiyyət Azərbaycan üçün yeni sürpriz layihələr üzərində də çalışır.


Sonda qeyd edək ki, 2020-ci il noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın Azərbaycana təyin olunan səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland parlamentinin Azərbaycan və Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qərarını ədalətsiz hesab edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Xankəndi şəhərinə növbəti köç – FOTO

Xankəndi şəhərinə növbəti köç – FOTO

"Otelə ərimlə gedirəm"

"Otelə ərimlə gedirəm"

BİZİM TƏQVİM:14 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 avqustda baş vermiş tarixi hadisələr

Almaniyada yaşayan hərbi yaşda olan ukraynalı kişilərlə bağlı YENİ TƏLƏBLƏR

Almaniyada yaşayan hərbi yaşda olan ukraynalı kişilərlə bağlı YENİ TƏLƏBLƏR

Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub

Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub

Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Tehranda SEPAH üzvü öldürüldü

Tehranda SEPAH üzvü öldürüldü

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

İtaliyada sursat istehsalı zavodu partladı

İtaliyada sursat istehsalı zavodu partladı

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

End of content

No more pages to load

RADİO