BİZİM TƏQVİM:14 avqustda baş vermiş tarixi hadisələr

1.  1945-ci ildə İkinci Dünya müharibəsində İmperator Hiroxito Yaponiyanın qeyd-şərtsiz təslim olduğunu açıqlayıb. Avqustun 6-da ABŞ Xirosimaya atom bombası atmış, nəticədə 100 mindən çox adam həlak olmuşdu. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etmişdi.

Bundan bir gün sonra ABŞ-ın Naqasakiyə atdığı atom bombası 36 mindən çox insanın həyatına son qoymuşdu. Avqustun 14-də Yaponiya İmperatoru Hiroxito qeyd-şərtsiz təslim olduğunu bəyan etmiş, sentyabrın 2-də isə Tokioda ABŞ-ın “Missuri” gəmisinin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzalamışdılar.

2.  14 avqust Pakistanın İstiqlaliyyət günüdür. İkinci Dünya Müharibəsindən sonra Hindistanın müstəqillik tələblərinə daha çox müqavimət göstərə bilməyən İngiltərə 1947-ci ilin 14 avqustunda qərar verdi.

Hindistan Müsəlman Birliyinin başçısı Məhəmməd Əli Cinnah və Konqres Partiyasının sədri Pandit Nehrunun “İngiltərə planı”nı qəbul etməsilə ölkə Hindistan və Pakistan adları ilə ikiyə bölündü.  Pakistan inzibati ərazi bölgüsü cəhətdən ən ziddiyyətli ölkələrdən biridir.

1971-ci ildə Şərqi Pakistan əyaləti müstəqil dövlətə çevrilərək Banqladeş Xalq Respublikası olub. Cammu və Kəşmir bölgələri isə Pakistanla Hindistan arasında bugünədək münaqişə ocağıdır. Asiyanın bu ölkəsi – Pakistan 1947-ci ilin bu günü müstəqilliyini qazansa da, 1956-cı ilə qədər Britaniya Birliyinin üzvü olub, 1972-ci ildə birlik tərkibindən çıxıb.

3.  İngiltərə və Yunanıstan arasında diplomatik görüşlər nəticə verməyincə 14 avqust 1974-cü il Türkiyə Ordusu Qıbrız (Kipr) Barış Hərəkatının ikinci mərhələsinə keçdi və paytaxt Lefkoşaya girdi.

4.  İsrail - Hizbullah Müharibəsi 2006-cı ilin 14 avqust atəşkəs müqaviləsilə sona çatdı. Livan ordusu və BMT Sülh Qüvvələri İsrail ordusunun çəkildiyi cənubi Livana yerləşdirildi.

5.  14 avqust 2013-cü ildə Şəkidə “Şəki Xanlarının evi” yenidənqurmadan sonra açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

14 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.  Tanınmış ingilis yazıçısı, Nobel Ədəbiyyat Mükafatı laureatı Con Qolsuorsi 1867-ci ilin bu günü anadan olub.

2.   Azərbaycanın ilk kino aktrisalarından olan Əzizə Məmmədova 1892-ci il 14 avqustda Tiflisdə dünyaya gəlib. (1892-1961)

3.  Azərbaycanda ədəbi tənqid tarixinin yaradılması və təşəkkülünün yaradıcısı, görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadə 1923-cü ilin bu günü anadan olub. 

4.  14 avqust 1933-ci ildə şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə populyar mahnılar bəstələnib.

5.  14 avqust 1940-ci ildə yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Əliyev (1940-2001) anadan olub. “Azərbaycanfilm”də dublyaj şöbəsinin baş redaktoru işləyib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Xankəndi şəhərinə növbəti köç – FOTO

Xankəndi şəhərinə növbəti köç – FOTO

"Otelə ərimlə gedirəm"

"Otelə ərimlə gedirəm"

BİZİM TƏQVİM:14 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 avqustda baş vermiş tarixi hadisələr

Almaniyada yaşayan hərbi yaşda olan ukraynalı kişilərlə bağlı YENİ TƏLƏBLƏR

Almaniyada yaşayan hərbi yaşda olan ukraynalı kişilərlə bağlı YENİ TƏLƏBLƏR

Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub

Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub

Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Tehranda SEPAH üzvü öldürüldü

Tehranda SEPAH üzvü öldürüldü

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

İtaliyada sursat istehsalı zavodu partladı

İtaliyada sursat istehsalı zavodu partladı

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

End of content

No more pages to load

RADİO