Prezident Biləcəri deposunun açılışını etdi - FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. 

Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi" layihəsi çərçivəsində həyata keçirilib.

Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib.

Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.

Dövlətimizin başçısı yeni deponun açılışını edib.

Onu da qeyd edək ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi baxımından yeni Biləcəri lokomotiv deposu da mühüm rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Zaqatalda yeniyetmə QƏZA TÖRƏTDİ – Yaralılar var

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Suyu israf edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi - VİDEO

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Ölkənin taleyini dəyişə biləcək tapıntı - 6 kilometr boyunca qızıl aşkarlanıb

Xankəndi şəhərinə növbəti köç – FOTO

Xankəndi şəhərinə növbəti köç – FOTO

"Otelə ərimlə gedirəm"

"Otelə ərimlə gedirəm"

BİZİM TƏQVİM:14 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 avqustda baş vermiş tarixi hadisələr

Almaniyada yaşayan hərbi yaşda olan ukraynalı kişilərlə bağlı YENİ TƏLƏBLƏR

Almaniyada yaşayan hərbi yaşda olan ukraynalı kişilərlə bağlı YENİ TƏLƏBLƏR

Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub

Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub

Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Tehranda SEPAH üzvü öldürüldü

Tehranda SEPAH üzvü öldürüldü

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

İtaliyada sursat istehsalı zavodu partladı

İtaliyada sursat istehsalı zavodu partladı

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

End of content

No more pages to load

RADİO