MDB-nin formal TOPLANTILARI – Birliyin sonuna nə qədər qalıb?

Noyabrın 10-da Moskvada MDB-ə üzv ölkələrin müdafiə nazirlərinin növbəti iclası baş tutub. 

İclasda müdafiə nazirləri 2022-ci il üçün birgə fəaliyyət planını təsdiqləyib, hərbi əməkdaşlığın inkişaf perspektivlərini müəyyənləşdirib, birgə hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsini müzakirə ediblər.

Ümumilikdə isə, iclasda müzakirəyə çıxarılan məsələlərə nəzər saldıqda, MDB məkanında mövcud olan əsas problemlərin gündəlikdən kənar qaldığını görmək mümkündür.

Xüsusilə də, Ermənistan müdafiə naziri Arşak Karapetyanın Xankəndinə qanunsuz səfəri və erməni hərbçilərinin Qaragöl ətrafında əl atdığı təxribatlardan sonra təşkilat səviyyəsində keçirilən iclasda bu cür problemlərin müzakirə olunmaması, toplantının formallığını daha da artırıb.

Formal birlik
 

Son illərə nəzər saldıqda isə, MDB-nin təşkilat olaraq əvvəlki nüfuzundan xeyli uzaq olduğunu görə bilərik. Bunun isə bir sıra səbəbləri var:


1. İlk növbədə üzv ölkələr arasındakı münasibətlərdə yaranmış problemlər birliyin işinə zərbə vurub. Belə ki, Abxaziya və Cənubi Osetiyadakı münaqişələrdən sonra Gürcüstan MDB-dən çıxdığını elan etdi. 2014-cü ildə Krım böhranından sonra Ukrayna da Birliyi tərk edib.

2. Digər önəmli nüans isə, üzv ölkələrin belə təşkilata qarşı etimadının xeyli azalmasıdır. Təsadüfi deyil ki, Birliyin lokomotivi hesab olunan Rusiyanın ən yaxın iki müttəfiqi – Belarus və Qazaxıstan hökumətləri də vaxtaşırı olaraq MDB-nin işini tənqid edir. 

3. Təşkilatın nüfuzuna zərbə vuran digər amil isə, şübhəsiz Qarabağ münaqişəsinə səssiz qalınması ilə bağlı idi. Doğrudur, 30 il ərzində münaqişə ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olurdular. Lakin iqtisadi və siyasi birlik kimi yaradılan MDB bu müddət ərzində Ermənistana qarşı hər hansı siyasi və ya iqtisadi tədbirlərə imza atmayıb.

4. Bəlkədə ən vacib amil isə, hər bir ölkənin fərqli siyasi və iqtisadi maraqlarının olmasıdır. 

Rusiyanın özünü SSRİ-nin varisi kimi göstərmək cəhdləri...

Sadalananlardan əlavə, MDB-nin saxlanılmasında ən maraqlı tərəf kimi çıxış edən Rusiyanın da Birliyin fəaliyyətindən o qədər də razı olmadığı müşahidə olunur. Bu səbəbdən də, Moskvanın MDB-ni əvəz edəcək, yeni regional təşkilat yaratmaq niyyətində olması iddiaları Kremlə yaxın çevrələr tərəfindən son zamanlar tez-tez ortaya atılmaqdadır.

Ümumilikdə isə, əsas problemləri görməzlikdən gələrək sırf Rusiyanın maraqları çərçivəsində davranış sərgilməkdən başqa uzun illərdir hər hansı ciddi fəaliyyətlə yadda qalmayan MDB-nin müdafiə nazirləri səviyyəsindəki növbəti iclası da bu iddiaları yenidən doğruladı. Ələxsus da, Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrdə baş verən problemlərin diqqətdən kənar saxlanılması, iclasların sırf Kremlin maraqlarına uyğun təşkil olunduğunu bir daha nümayiş etdirib.

Belə olan halda isə, MDB-nin sonunun gəlməsi ilə bağlı üzv ölkələrin mətbuatlarında qabardılan iddiaların reallığa dönüşməsi artıq daha da real görünməkdədir. 
 

MDB-nin bir regional insitut kimi tarixin tozlu səhifələrinə qarışacağı gün isə getdikcə daha da yaxınlaşmaqdadır.


Əslində Rusiya-Belarus ittifaqı yaradılanda ilk siqnal verilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Yayda hamının etdiyi səhv - Hovuzdan sonra bu təhlükə artır

Yayda hamının etdiyi səhv - Hovuzdan sonra bu təhlükə artır

Dərini səssizcə qocaldan 7 vərdiş:Hər gün fərqinə varmadan edirik

Dərini səssizcə qocaldan 7 vərdiş:Hər gün fərqinə varmadan edirik

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır -FAKTİKİ HAVA

Kolleclərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Kolleclərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

Sosial müavinət və təqaüdlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinət və təqaüdlərlə bağlı RƏSMİ MƏLUMAT

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

Çində ticarət mərkəzinin tavanı uçdu – ANBAAN VİDEO

Çində ticarət mərkəzinin tavanı uçdu – ANBAAN VİDEO

Bölgələrdə yanğına səbəb olan 5 nəfər SAXLANILDI – FOTO

Bölgələrdə yanğına səbəb olan 5 nəfər SAXLANILDI – FOTO

Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Ermənistanda İranın HHM sistemləri yerləşdirilib – VİDEO

Ermənistanda İranın HHM sistemləri yerləşdirilib – VİDEO

Ən çox bahalaşan əmlak növü bu olacaq — Açıqlama

Ən çox bahalaşan əmlak növü bu olacaq — Açıqlama

Azərbaycan XİN Pakistanı təbrik etdi – FOTO

Azərbaycan XİN Pakistanı təbrik etdi – FOTO

Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Ən çox iş yeri dəyişən peşə sahibləri bəlli oldu – SİYAHI

Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı

Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş

Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş

Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”– VİDEO

Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

İnstaqram 10 il sonra loqosunu dəyişdi, lağa qoyuldu

Çörək və yumurta deyil:Sulu kotlet üçün qiyməyə əlavə ediləcək 5 dadlı məhsul

Çörək və yumurta deyil:Sulu kotlet üçün qiyməyə əlavə ediləcək 5 dadlı məhsul

End of content

No more pages to load

RADİO