İranın kəşfiyyat qurumlarının növbəti oyunları – YENİ FAKTLAR

Noyabrın 10-da sosial şəbəkələrdə yayılan bir video ölkə gündəmində geniş müzakirə mövzularından birinə çevrilib.

Bizim.Media xəbər verir ki, “demokrat.az” saytında “hz.mehdi313” adlı teleqram kanalında yayımlanmış intim görüntülərin əks olunduğu video paylaşılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı “molla şəbəkəsi” - Onlar KİMDİR? 


Xatırladaq ki, daha əvvəl - 2021-ci il 21 oktyabr tarixində özünü “Şeyx Sərdar Hacıhəsənli” adlandıran Sərdar Akif oğlu Babayev dövlətə xəyanət ittihamı ilə həbs olunub.

Bundan sonra “dindar” qardaşlar səs-küy salmışdılar ki, “ay tutmayın...”. Və dünən sosial şəbəkələrdə yayılan məlumatlardan aydın oldu ki, Sərdar Babayevin “Azərbaycan Ruhanilər Məclisi”-nin digər üzvləri haqqında şantaj xarakterli məlumatlar toplamaq məqsədilə onların intim görüntülərinin yer aldığı videolar çəkirmiş. 

Ehtimal olunur ki, Sərdar Babayev özünün çəkdiyi görüntüləri şantaj vasitəsi kimi istifadə olunması məqsədilə İran xüsusi xidmət orqanlarına ötürüb.

Həmin intim videoların isə İranın müvafiq kəşfiyyat qurumları tərəfindən dini inanclı şəxslərin fərqli maraqlar çərçivəsində əməkdaşlığa cəlb olunması üçün istifadə olunduğu güman olunur:

1. İnsanları təhdid edərək öz sıralarına cəlb etmək;

2. Onları öz çirkin əməllərinə alət etmək;

3. Şəbəkəyə xidmət etməkdən boyun qaçıran və ya ayrılmaq istəyən şəxslərin şantaj yoluyla önlərini kəsmək.

Sosial şəbəkələrdə yayılan videoya gəlincə...

Yuxarıda qeyd etdiyimiz videodakı şəxsin Cəlal Şəfiyev olduğu üzə çıxıb. Belə ki, Cəlal Şəfiyev sosial şəbəkə hesabından etdiyi paylaşımda görüntülərdəki şəxsin özü olduğunu bildirib. Maraq doğuran nüans isə, Cəlalın öz əməlindən utanmaq yerinə, görüntüləri hazırlayan şəxsləri “analarını, bacılarını nəzərə alsınlar”, - kimi fikirlərlə tənqid etməsidir.

Lakin videodan da aydın görünür ki, kamera məhz Cəlalın müdafiəsinə qalxdığı “Şeyx”i Sərdar tərəfindən otağa yerləşdirilib. Bu isə şəbəkənin qurbanlarını hansı həddə qədər manipulyasiya edə biləcəyinin əyani sübutudur.
 

Qeyd edək ki, Cəlal Şəfiyevin görüntüləri Sərdar Babayevin həbs olunmasından təxminən 2 həftə sonra yayılıb. 


Bu isə, şəbəkənin fəaliyyətinə Sərdar Babayevin həbsi ilə son qoyulmadığını təsdiq edir.

Görünən qədərilə, vacib oyunçularından birini itirən şəbəkə, qorxutma metoduna əl ataraq şantaj etdikləri şəxslərin sıralarından ayrılmasına bu cür çirkin yolla mane olmağa çalışır. 

Təəssüf doğuran əsas məqam isə, ölkədə əksəriyyət təşkil edən şiə əqidəli insanların dini inanclarının məzhəb pərdəsi arxasında gizlənən İran xüsusi xidmət orqanları tərəfindən asan hədəf kimi görülməsidir. 

İranla Azərbaycana qarşı bütün xəyanətlərini bir məqaləyə sığmayacaq qədər çox olsa da, Sərdar Babayev kimi “Şeyx Nəsrullah”ların əməllərinin hansı gücə xidmət etdiyi xalqımız tərəfindən heç bir zaman unudulmamalıdır.

Çünki tarix hər zaman təkrar olunur…

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

Bu fermerlər cəzalandırılacaq - Nazirlikdən əkin subsidiyası ilə bağlı XƏBƏRDARLIQ

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

QƏRAR: Cərimə meydançasına aparılan maşınların xərci sürücüyə qaytarılacaq – BU HALLARDA

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

End of content

No more pages to load

RADİO