İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”

“Biz dövlət sərhədlərinə tam nəzarət edirik. Ölkənin dövlət sərhədləri tam bərpa olunub. Azərbaycan Qarabağ ətrafı bütün rayonları azad etdi. Artıq Azərbaycanda qaçqın yoxdur. Qələbəmiz böyükdür. Tam qələbə üçün çalışmalıyıq. Könül istər ki, İrəvanda olsun, Göyçədə, Zəngəzurda olsun. Arzular yaxşıdır. Amma dünya və ölkə reallıqları düşünməyə və düzgün qərar verməyə məcbur edir”.

Bizim.Media-nın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi məsələsinə İ.Ağazadə belə münasibət bildirib:

“Rusiya sülhməramlılarının Azərbaycanda olması bu gün hər kəsi haqlı olaraq narahat edir. Biz Şuşadan o yana bir addım da atsaydıq, Rusiya hərbi müdaxilə edəcəkdi. Biz hazırda son 200 ildə ola bilmədiyimiz ən yaxşı yerdəyik. Rusiya müqavilə əsasında, razılıqla gəlib və bu müqavilənin müəyyən şərtləri var ki, tərəflər ona əməl etməlidir''.

''Siz istəyirsiz ki, dünyanın illərdir mübarizə apardığı Rusiyaya biz 44 günə qalib gələk? Rusiya harda varsa orda savaş var, nizamsızlıq var. Bunu qəbul edirik. Amma müharibə masa üzərində davam edir. Biz bundan sonra daha da möhkəm birləşməli və öz xeyirimizə çalışmalıyıq”.

İ.Aağzadə onu da bildirib ki, bu gün Qarabağ məsələsində kimsə müxalif olmağa çalışmasın:

“Qələbə məsələsində, Qarabağ məsələsində kimsə müxalif olmağa çalışmasın. Bu ölkədə müxalif olmaq üçün nə qədər problem var. Gedib o problemlərə görə müxalif olun. Amma Qarabağda gedən proseslərdə hamımız birləşməli, hər kəs öz üzərinə düşən işi yerinə yetirməlidir”.

Xocalı və Xankəndidə Azərbaycan bayrağının nə zaman dalğalanacağı barədə verilən suala partiya sədri belə cavab verib:

“Biz elə bilirik ki, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək. Belə deyil, bu işlər səbrlə və addım-addım, tələsmədən getməkdir. Bir çamadan pul aparıb Xocalıda xərcləməklə orada bizim pulun işləməsini təmin etmək olmaz''.

''Bütün bu işlər planlı şəkildə həyata keçirilməlidir. Yaşayış yerləri tikilməli, insanlar köçürülməlidir. Elə sən Xocalıdansan deyə sən getməli deyilsən, hər kəs gedə bilər, o yerlər Xocalıdan, Füzulidən, Kəlbəcərdən olan adamlardan çox orada şəhid olan, qazi olan adamlarındır. Biz hamımız bu gün birləşməli və Xankəndinə, Xocalıya gedəcəyimizi, o yerlərin bizə aid olduğunu sosial şəbəkələrdə yazmalı və bundan sonrakı mərhələ üçün də çalışmalıyıq”. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Avqustun bəxtəvər 4 BÜRCÜ

Avqustun bəxtəvər 4 BÜRCÜ

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

End of content

No more pages to load

RADİO