İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlər – SİYAHI + VİDEO

Bir müddət əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Ves Martin İranın Azərbaycana qarşı təsribatları barəsində məqalə yayımlayıb. Nüfuzlu “Tovnhol” jurnalında yayımlanan məqalədə İranın xüsusi tezlikdəki radio dalğalar vasitəsilə Azərbaycanı hədəf aldığı və anti-Azərbaycan təbliğatı ilə məşğul odluğunu qeyd edilir.

Ves Martinin məqaləsi eyni zamanda İranın Azərbaycana qarşı anti-təbliğat fəaliyyətlərini yenidən gündəmə gətirib. Artıq uzun illərdir ki, İran mərkəzli qurumlar və şəxslər tərəfindən anti-Azərbaycan təbliğatının aparıldığı, saxta xəbərlərin və dezinformasiyalar vasitəsilə Azərbaycanda xaos yaradılması cəhdləri məlumdur. Diqqət çəkən əsas amil isə bu cür cəhdlərin xüsusi istiqamətlər üzrə bu gün də davam etdirilməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycan əleyhinə təbliğat maşını – VİDEO


İranın anti-Azərbaycan fəaliyyətinin əsas hissəsi Azərbaycan və Qafqazla bağlı beyin mərkəzlərinin yaradılmasından ibarətdir. Bu beyin mərkəzlərinin üzdə Qafqazın və Azərbaycanın tarixi ilə bağlı araşdırmalar apardığı müşahidə olunur. Lakin fəaliyyətlərin əsl mahiyyəti İranın Qafqaz regionunda “yumşaq gücü”nu formalaşdırmaqdan ibarətdir. İran mərkəzli qurumlar Qafqazın tarixini İranın maraqlarına uyğun şəkildə araşdırılmasını və təbliğini həyata keçirir.  Bununla da İranın bölgədəki tarixi və geosiyasi nüfuzunun gücləndirilməsinə və Azərbaycanın İranın bir parçası kimi təqdim edilməsinə çalışır. “Aran” Beynəlxalq Araşdırmalar Mərkəzi, Qafqaz Araşdırmalar İnstitutu, İran Avrasiya Araşdırmalar İnstitutu kimi mərkəzlər oxşar qaydada regionun alternativ və İranın maraqlarına cavab verən, dolayısı ilə saxta tarixini təbliğ etməklə məşğuldur. 

İrandakı anti-Azərbaycan fəaliyyətlərinin bir digər istiqaməti isə media ilə bağlıdır. İran mərkəzli media qurumları və xəbər saytları birbaşa Azərbaycanı hədəf alan məzmunda xəbərlər və araşdırmalar yayımlayır. Bu saytlar tərəfindən Azərbaycanın daxili vəziyyətini, ölkədəki siyasi prosesləri və dini icmaların vəziyyətini gündəmə gətirilir. Azərbaycana qarşı tarixi-mədəni və siyasi istiqamətlər üzrə kampaniyanın tərkib hissəsi olan bu saytlar ölkədəki şiə islamçıları müdafiə edən və Azərbaycan rəhbərliyini hədəf alan məlumatlar tirajlayırlar.
 

“Səhər” kanalı, “Mashreghnews”, “Bultannews” kimi saytlar İrandakı anti-Azərbaycan meyllərinin əsas mərkəzləridir. 


İran eyni zamanda Azərbaycanla bağlı aparılan anti-təbliğat kampaniyasını şəxslər üzərindən həyata keçirir. Xüsusilə radio və televiziya sahəsində təcrübəsi olan, Azərbaycan üzrə ixtisaslaşmış şəxslər müxtəlif media qurumlarında və saytlarda siyasi təhlilçi kimi təqdim olunur. Bu şəxlər vasitəsilə Azərbaycanın daxili siyasəti, mədəni və tarixi keşmişi, siyasi rəhbərliyi barəsində İranın maraqlarına cavab verən məlumatların tirajlanması təmin olunur. Salar Seyfəddini, Bürhan Hikməti və Cəfər Fərdi kimi şəxslər bu istiqamətin önəmli icraçılarıdır.

Bu qurumlar və saytlar Azərbaycana qarşı fəaliyyətlərdə İrandakı ermənilərlə də sıx şəkildə əməkdaşlıq edir. Dolayı yolla ermənilərin Azərbaycana qarşı fəaliyyətləri üçün platforma yaratmaqla kampaniyanı daha da genişlədirməyə çalışırlar.

Qeyd olunan istiqamətlər üzrə fəaliyyətlər günü bu gün də davam edir. Adı çəkilən beyin mərkəzləri, media qurumları və şəxslər İranın  Xarici İşlər Nazirliyi, SEPAH kimi ilə rəsmi dövlət qurumları ilə yaxın əlaqələrə malikdir.
 

Bu mərkəzlərin və saytların maliyyə kadr ehtiyacları da rəsmi qurumlar tərəfindən təmin olunur. Nəzərdən keçirilən faktlar anti-Azərbaycan təbliğatının məqsədli şəkildə, müvafiq dairələrin göstərişi ilə icra edildiyini ortaya qoyur. 


İranda anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan mərkəzlər, saytlar və şəxslər haqqında “Azad İran” kanalı tərəfindən aparılan araşdırmanı təqdim edirik: 

Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

End of content

No more pages to load

RADİO