İranın Azərbaycandakı “molla şəbəkəsi” - Onlar KİMDİR? - I YAZI

Son günlər Azərbaycanda İran lehinə fəaliyyət göstərən bəzi şəxslərin həbs olunması iki ölkə arasındakı gərginliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

İranın Qarabağda erməni əhalinin məskunlaşan ərazilərinə qeyri-qanuni yük daşımalar həyata keçirməsi ilə başlayan gərginlik, artıq yeni fazaya daxil olub.
 

Aparılan əməliyyat tədbirləri və mətbuata açıqlanan məlumatlar nəticəsində İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətləri ilə yanaşı, ölkə daxilində də ciddi fəaliyyətlərinin olduğu məlum olub.  


İlk olaraq okyabr ayının əvvəllərində İranın ali dini lideri Xamaneyinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejatın Azərbaycanı tərk etdiyi barədə məlumat verildi. Daha sonra isə uzun illər ərzində Azərbaycanda formalaşdırılan molla şəbəkəsinin aşakara çıxarılması istiqamətində əməli tədbirlərə start verildi.

Təbii ki, bu illər ərzində Ocaqnejatın fəaliyyəti Azərbaycanın bir sıra rəsmi dövlət qurumları tərəfindən izlənilir və bu fəaliyyətlər haqqında ətraflı məlumat əldə edilirdi. Hələ bir neçə il əvvəl xəbər saytlarında Azərbaycanda Ocaqnejatla maliyyə əlaqələrinə malik ilahiyyatçılar, onların maliyyə kanalları barəsində məlumatlara yer verilmişdi.

Lakin Ocaqnejatın Azərbaycanı tərk etməsi və onunla birbaşa əlaqəli olan şəxslərin zərərsizləşdirilməsini İranmeyilli şəbəkənin tam şəkildə sıradan çıxarılması hesab etmək olmaz. Hər şeydən öncə, son günlərdə həyata keçirilən həbslər İrana mesaj xarakteri daşıyır.
 

MÖVZU İLƏ BAĞLI:

İranın İSTERİKASI – “Hərbi təlimlər molla rejiminin psixoloji böhranını göstərir” – DETALLAR


Azərbaycan İrana və İranın Azərbaycanla bağlı fəaliyyətlər icra edən qurumlarına rəsmi dildə xəbərdarlıq edir.

Onların ölkə daxilindəki şəbəkələrindən və fəaliyyət istiqamətlərindən xəbərdar olduqlarını və lazım gəldiyi təqdirdə əməli fəaliyyətə keçə biləcəklərini vurğulayır. Həbslərdən dərhal sonra İranda yükdaşıma şirkətlərinə Qarabağa səfər qadağasının tətbiq olunması da məhz bu mesajın məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.

Digər tərəfdən Ocaqnejat Azərbaycanda fəaliyyət göstərən İranmeylli qüvvələr içərisində açıq hədəfdə olan şəxs idi. Bu şəxsin kim olduğu və hansı məqsədlə Azərbaycana göndərildiyi hər kəsə az-çox bəlli idi.

Rəsmi nümayəndə adı altında fəaliyyətlərini icra edən Ocaqnejatın sıradan çıxarılması da bu baxımdan gözlənilən həmlə idi.

Lakin ona və tərəfdarlarına qarşı münasibət gələcəkdə digər istiqamətlərdə və daha gizli fəaliyyət göstərən şəxslərin və qurumların da hədəf alınacağının xəbərçisidir. Çünki İranın Azərbaycanla bağlı planlarında təkcə ilahiyyatçılar və mollalar üzərindən iş aparmadığını düşünmək sadəlövhlük olardı.

İran rəsmi qurumlarının da Azərbaycanla bağlı əsas məqsədlərini açıq hədəflər üzərindən aparması ehtimalı çox azdır.  

İran rəhbərliyi yaxşı başa düşür ki, Azərbaycanda ciddi təsirə imkanları yaratmaq üçün “yumşaq güc”ün yaradılmasına ehtiyac var. “Yumşaq güc” isə dini kimliklə yanaşı intellektual bazanın yaradılmasını da şərtləndirir.
 

Bu gün Azərbaycanda dini ideoloji əsaslarda müxtəlif nəşriyyatlar, mərkəzlər fəaliyyət göstərir və sayları hər keçən gün daha da artır. Bu mərkəzlərdə fəaliyyət göstərən rəhbər şəxlərin əkəsəriyyəti İranın müxtəlif şəhərində və ali təhsil müəssilərində yetişmiş şəxslərdir.


Birbaşa İranla maliyyə əlaqələrinə malik olan bu şəxslər Azərbaycanda İran mərkəzli düşüncə sisteminin formalaşmasında ciddi rola malikdirlər və İran meylli şəbəkənin üzdə olmayan tərəfini təşkil edirlər.

Ölkədə tərcümə və nəşr olunacaq kitabların, müzakirə olunacaq mövzuların önəmli bir hissəsi məhz bu mərkəzlər tərəfindən müəyyən olunur və təbii olaraq da İran meylli, dini motivli olmalarına xüsusilə diqqət yetirilir.

İran meylli molla şəbəkəsi aysberqin görünən tərəfidir. İran müstəqilliyin ilk dövrlərində Azərbaycandakı fəaliyyətini dini inanc sistemi əsasında qurub. Bu gün həbs olunan ilahiyyatçılar, Ocaqnejatla əlaqəli molla şəbəkəsi də bu klassik ənənənin davamçılarıdır.

Lakin İran Azərbaycan cəmiyyətində baş verən keyfiyyət dəyişikliklərindən, gəncləşmədən və maarifçiliyin önəminin artmasından da xəbərdardır.
 

Bu baxımdan İranın son 10 illikdəki yeni istiqaməti yuxarıda qeyd edildiyi kimi fərqli düşüncə mərkəzləri yaratmaq, nəşriyyatlar vasitəsilə cəmiyyətin düşüncəsini istiqamətləndirəcək kitablar təqdim etməkdir. 


İran rəhbərliyi bu istiqamətdəki fəaliyyətlərini günü bu gün də sürətlə davam etdirir və təkcə dini inanclı insanları deyil, həmçinin intellektual bazanı təşkil edəcək şəxsləri də hədəf almağa çalışır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

End of content

No more pages to load

RADİO