Millət vəkili Qüdrət Həsənquliyev TƏBİB-i də tənqid atəşinə tutub.
Bizim.Media xəbər verir ki, o, bu barədə Milli Məclisin plenar iclası zamanı deyib.
“TƏBİB yaradıldı və bu qurum özünü doğrultmadı. Niyə bizim səhiyyə orqanlarının rəhbərləri dövlət başçısına demirlər ki, bu iş bizim bacardığımız iş deyil”.
Qüdrət Həsənquliyev bu sahədə Azərbaycana xaricdən peşəkarların dəvət olunmasının vacibliyini də vurğulayıb.
“Hesab edirəm ki, Səhiyyə Nazirliyi də ləğv edilməlidir”.
Vüsalə Balayeva, Bizim.Media