Minskdə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirəcəklər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İnterfaks agentliyi yayıb.
Daha əvvəl xəbər verilmişdi ki, Minskdə Azərbaycan və Rusiya xarici işlər nazirləri MDB Xarici İşlər Nazirliyi Şurasının iclası çərçivəsində görüş keçiriblər. Daha sonra Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bizim.Media