Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kamerunlu həmkarı Löjön Mbella Mbella ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı tədbir çərçivəsində baş tutan görüşdə nazirlər ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıblar, bu xüsusda siyasi məsləhətləşmələrin intensivləşməsinin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramovu Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edən Kamerun xarici işlər naziri, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əhəmiyyətli təşəbbüslərini və uğurlu fəaliyyətini məmnunluqla qeyd edib.
Azərbaycan və Kamerun arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf potensialı vurğulanıb.
Görüşdə tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media