Millət vəkilləri Dövlət Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin birləşdirilməsi təklifi ilə çıxış edib.
Moderator.az xəbər verir ki, bu təklifi bu gün Milli Məclisn iclasında Fazil Mustafa və Qüdrət Həsənquliyev gündəmə gətirib. F. Mustafa hesab edir ki, hökumət paralel strukturlarla, nazirliklər ləğv etdilərək birləşdirilməlidir. “Bu sahədə ciddi islahata ehtiyac var. Bu yolla həm idarəetmənin effetktivliyini təmin etməklə, bürökratiyanı aradan qaldırmaq olar. Bu eyni zamanda büdcə qənaətinə gətirib çıxarar.”, - F. Mustafa deyib.
Q.Həsənquliyev də F. Mustafanın təklifini dəstəkləyərək bildirib ki, belə bir isalahatlar aparmaqla xərcləri azaltmaq olar.