Rusiya təhlükəni hiss etdi: Ermənilərə təcili barışıq əmri verilib

Son dönəmlərdə Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı ciddi hərəkətlənmələrin olduğu nəzərə çarpır. 

1. Sentyabrın 2-də qondarma “Artsax”larının 30 illiyini qeyd etmək xülyalarına qapılan ermənilərin arzusunu Azərbaycanın qətiyyətli mövqeyi gözündə qoydu. 

2. Elə həmin gün Ağdamda yerləşən birgə monitorinq mərkəzində Türkiyənin Zəfər bayramı təntənə ilə qeyd olundu. Əslində 31 avqust tarixində keçirilən bayramın türk hərbçilər tərəfindən

2 sentyabrda qeyd olunmasının da təsdüfi olmadığını söyləyə bilərik.

3. Bundan əvvəl isə, regionda sülhməramlı missiyasını yerinə yetirən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşlərdə də müəyyən maraqlı nüanslar diqqəti cəlb edirdi. Belə ki, hər nə qədər birmənalı olmayan mövqeyi ilə tanınsa da Lavrov bu dəfə gözlənilmədən Ermənistanın istəklərinə zidd fikirlərə çıxış etdi. Xüsusilə də, ermənilərin “əsir” kimi təqdim etmək istədikləri hərbçilərin diversant olduğunu vurğulamaqla rusiyalı diplomat İrəvanın mövqeyinə ciddi zərbə vurdu.

4. Sentyabrın 2-də Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova da bölgədə sülh mesajları verib. Belə ki, rus diplomat regionda sülhün bərqərar olmasında maraqlı olduğunu dilə gətirərək, Türkiyə-Ermənistan yaxınlaşmasının vacibliyinə toxunub.

Ümumilikdə isə Moskvanın sadalanan proseslərlə bu və ya digər formada əlaqəsi olduğunu görmək mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Dmitri Qordon: "Rusiya dedi ki, biz bu münaqişəyə qarışa bilmərik..." – VİDEO 


Lakin sözügedən hallarla bağlı Kremlin ənənəvi Cənubi Qafqaz siyasətinə xas olmayan müəyyən dəyişikliklərin olduğunu da qeyd edə bilərik. Belə ki, Rusiyanın tarixin əksər dönəmlərində olduğu kimi Ermənistanın mövqeyini tam şəkildə müdafiə etmədiyi nəzərə çarpır. Xüsusilə də, Lavrovun radikal ideyalarını müəyyən qədər yumşaltması, eyni zamanda Zaxarovanın Türkiyəni də regionda böyük güc kimi təqdim edərək, sülh nidaları atması, Moskvanın xarici siyasət xəttində müəyyən dəyişikliklərin baş verdiyinin göstəricisidir.

Bundan əlavə, Rusiyanın Cənubi Qafqaz strategiyasındakı dəyişikliklər Kremlə yaxın mənbələr, eyni zamanda rus politoloqlar tərəfindən son bir neçə gündə sıx-sıx dilə gətirilir. 

Təbii ki, sözügedən dəyişikliklərin baş verməsində Azərbaycanın sərt mövqeyini ortaya qoymasının da önəmli rolu var. Belə ki, Müdafiə Nazirliyinin təxribatlara qarşı sərt cavab vermək əmrindən sonra, sentyabrın 3-də erməni qruplaşmaları tərəfindən Şuşada mövqelərimizə açılan atəşə təxribatçıları məhv etməklə cavab verən Azərbaycan tərəfi təkcə sözdə yox, əməldə də səbrinin tükəndiyini nümayiş etdirib.

Eyni zamanda bir sıra mütəxəssislər tərəfindən erməni təxribatlarının arxasındakı qüvvə kimi təqdim olunan Lavrovun özünün də tutduğu vəzifəyə bir daha qaytarılmayacağı ilə bağlı söz-söhbətlərin artması Moskvanın xarici siyasət kursunda dəyişikliklərə getməyə meyl etməsinin göstəricisidir. 

Bundan əlavə Ankara və Moskva arasında əməkdaşlığın güclənməsi, eyni zamanda Türkiyənin Cənubi Qafqazda təsir gücünün artması da Rusiya siyasətində dəyişikliklərin meydana çıxmasına gətirib çıxarıb.


Ümumilikdə isə, Rusiyanın regionda iqtisadi maraqlarını kənara qoyarsaq, hal-hazırda onu ən çox düşündürən mövzu Qarabağdakı sülhməramlılarıdır.

Çünki son baş verən hadisələr Azərbaycanın anti-terror əməliyyatlarına başlaması ehtimallarını daha da artırıb. Belə olan halda isə regiondakı rus hərbçilər vəziyyəti yalnız izləməklə kifayətlənə bilər. Bu isə Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsinin açıq şəkildə nümayiş olunması və Moskvanın nüfuzuna ağır zərbə deməkdir.

Bütün qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, Kreml ermənilərə yaxın mövqeyindən yavaş-yavaş uzaqlaşmağa meyl edəcək. Nəticədə isə, regionda daha da təklənən İrəvanın və Moskvadan dəstək gözləyən erməni revanşistlərin sülhə razı olmaqdan başqa çıxış yolu qalmayacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

Babək Tağıyev işdən çıxarıldı

Babək Tağıyev işdən çıxarıldı

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

Azərbaycana ilk medalı güləşçi Ömər Salmanov qazandı

Azərbaycana ilk medalı güləşçi Ömər Salmanov qazandı

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Oktay Kaynarca Fahriye Evceni seçdi

Oktay Kaynarca Fahriye Evceni seçdi

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

End of content

No more pages to load

RADİO