İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələri əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır.

Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar.

Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər.

Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.

Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

Babək Tağıyev işdən çıxarıldı

Babək Tağıyev işdən çıxarıldı

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Tramp: “Boğaza nəzarət edən bizik, İran deyil”

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Bakı və Belqrad arasında mühüm görüş: Strateji əməkdaşlıq genişləndirilir

Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

Uqanda Ebola epidemiyasının başa çatdığını ELAN ETDİ

Azərbaycana ilk medalı güləşçi Ömər Salmanov qazandı

Azərbaycana ilk medalı güləşçi Ömər Salmanov qazandı

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

İncəsənət məktəb və mərkəzlərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul etdi - FOTO

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Ölümündən günlər sonra xəbər tutulan İNSANLAR - Nə qədər şəxs tənha şəkildə vəfat edib?

Oktay Kaynarca Fahriye Evceni seçdi

Oktay Kaynarca Fahriye Evceni seçdi

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

“Sabah” fransalı futbolçunu tanınmış kluba satdı

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

Gülben Ergenin ifadəsi alındı: “Ahbap”a göndərdiyim pullara nəzarət etməmişəm” - FOTO

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

Çimərliklər su altında qaldı: Xəzər dənizinin səviyyəsi qalxdı? - VİDEO

End of content

No more pages to load

RADİO