Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin vitse-spikeri Adil Aliyev Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş Ukrayna Respublikasının müstəqilliyinin 30 illiyinə həsr edilmiş tədbir çərçivəsində baş tutub.
Xatırladaq ki, Milli Məclisin sədr müavini, Parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Vladimir Zelenskinin dəvəti ilə Kiyev şəhərində olub.
Zelenski ilə Adil Əliyevin səmimi görüşü fotoqrafların diqqətindən yayınmayıb.
Bizim.Media

