Allahşükür Paşazadə Qroznıda Ramzan Kadırovla camaat namazı qıldı – FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistan səfəri başa çatıb.

QMİ-dən Bizim.Media-ya verilən məlumata görə, A. Paşazadə Qroznı şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib.

Şeyxülislam Çeçenistan imamı Şeyx Mansur adına məscidin açılış mərasiminə qatılıb. Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırovun iştirakı ilə keçirilən mərasimdən sonra QMİ sədri R. Kadırovla birlikdə camaat namazı qılıb.

Açılış mərasimindən sonra Çeçenistan Başçısı Şeyxülislamı və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftilərini öz iqamətgahında qəbul edib.

A. Paşazadə qəbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qazandığı tarixi zəfər, 30 illik erməni işğal zamanı Ermənistan tərəfindən əzəli Azərbaycan torpaqlarında törədilmiş misli görülməmiş vəhşiliklər, erməni işğalçıları tərəfindən barbarca dağıdılmış yaşayış məntəqələri, yerlə bir edilmiş, vandalizmə məruz qalmış məscidlər, ziyarətgahlar, kilsələr və digər ibadət yerləri, eləcə də azad edilmiş torpaqlarımızda hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə geniş məlumat verib.

Daha sonra QMİ sədri Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Şeyxülislam tədbirdə fəxri qonaq qismində çıxış edib.

QMİ sədri Azərbaycanla RF Çeçenistan Respublikası arasında qardaşlıq və sıx əməkdaşlıq əlaqələrinin Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov tərəfindən uğurla inkişaf etdirildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aktyor həyat yoldaşının bikinidə FOTOSUNU yaydı

Aktyor həyat yoldaşının bikinidə FOTOSUNU yaydı

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

Klinikadan klinikaya uzanan QALMAQAL - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM işində? – ARAŞDIRMA

Klinikadan klinikaya uzanan QALMAQAL - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM işində? – ARAŞDIRMA

İsveçrə səfirliyi 236 min dolların hesabatını verəcəkmi? – FOTO

İsveçrə səfirliyi 236 min dolların hesabatını verəcəkmi? – FOTO

“Atletiko”dan gözlənilməz məğlubiyyət - VİDEO

“Atletiko”dan gözlənilməz məğlubiyyət - VİDEO

Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Şabrandakı qəzalı məktəblə bağlı AÇIQLAMA - FOTO

Şabrandakı qəzalı məktəblə bağlı AÇIQLAMA - FOTO

Ruben Vardanyanın məhkəməsi bu tarixdə keçiriləcək

Ruben Vardanyanın məhkəməsi bu tarixdə keçiriləcək

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

Azərbaycan qazını idxal edən 11 NATO ölkəsi – SİYAHI

Azərbaycan qazını idxal edən 11 NATO ölkəsi – SİYAHI

Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı - FOTO

Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı - FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Türkiyəyə gedən yük maşını yoxlamaya cəlb edildi – FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Türkiyəyə gedən yük maşını yoxlamaya cəlb edildi – FOTO

Prokurorluqdan klinikadakı ölümlə bağlı AÇIQLAMA

Prokurorluqdan klinikadakı ölümlə bağlı AÇIQLAMA

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

İlhamiyyə Rza TV-dən Mehriban Ələkbərzadəyə görə gedib? - AÇIQLAMA

İlhamiyyə Rza TV-dən Mehriban Ələkbərzadəyə görə gedib? - AÇIQLAMA

Uşaq evində azyaşlı qızılcadan dünyasını dəyişdi – VİDEO

Uşaq evində azyaşlı qızılcadan dünyasını dəyişdi – VİDEO

Gəncədə dəm qazından zəhərlənən tələbə qızların SON DURUMU

Gəncədə dəm qazından zəhərlənən tələbə qızların SON DURUMU

Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI

Bu yolda sürət həddi endirildi – SƏBƏB

Bu yolda sürət həddi endirildi – SƏBƏB

End of content

No more pages to load

RADİO