Əfqanıstanın qorxulu yuxusu – TALİBAN ideologiyasının əsasını nə təşkil edir?

Kabili ələ keçirdikdən sonra Taliban Əfqanıstanı "İslam normaları" əsasında idarə edəcəklərini bir daha təkrar edib. Lakin bu konsepsiya elə Talibanın özü tərəfindən müxtəlif illərdə fərqli formalarda şərh edilib. Ümumilkdə isə taliblərin dünyagörüşlərinin əsasını kökləri Hindistandan gələn dini deobandizm ideologiyası təşkil edir.

Talibanın tarixi

Taliban hərəkatı 1994-cü ildə Molla Məhəmməd Ömər tərəfindən kiçik bir qrup mədrəsə tələbələri ilə qurulub. Ömər və ardıcılları, 1989-cu ildə Sovetlərin Əfqanıstandan çıxmasından sonra başlayan vətəndaş müharibəsinin xaosunda öz mənafelərini güdən savaş lordlarına qarşı mövqe tutublar. 

Taliban əfsanəsi
 

Taliban ucqar kəndlərdən birində yerli döyüşçülər tərəfindən təcavüz edilən iki qızı xilas etdikdən sonra bölgədə məhşurlaşmağa başlayıb.


Mücahidlər əvvəl dünyəvilik (yəni din və dünyəvi normaların ayrılması ilə) tərəfdarı olsalar da, sonra Əfqanıstanda kommunizmə qarşı mübarizə aparan islamçılara çevriliblər.  Sonradan isə onlar İslamın müasir siyasi şərhinə meyl ediblər. İdeoloji olaraq Taliban o zamanlar Misirdə məşhur olan Müsəlman Qardaşları hərəkatına yaxın idi.

"Təmiz ənənə"

Taliban həddindən artıq mühafizəkardır. Onlar üçün əsas şey: din normalarına hərtərəfli riayət etməkdir. Özlərini deobandist (İslamın ən qatı cərəyanlarından biri) hesab edirlər. Qeyd edək ki, Bu təlim 1867-ci ildə Hindistanın Deoband şəhərindəki mədrəsələrdən birində ortaya çıxıb. Onun ardıcılları isə İngiltərənin Hindistanda müstəmləkəçiliyinə müqavimət göstərirdilər.
 

Deobandistlər o vaxt mövcud olan ənənəvi İslamın xarici dünyaya çox güzəştə getdiyinə inanırdılar və buna görə də onu bu yad ünsürlərdən təmizləmək lazım idi. Onların yalnızca İslamın ilk variantını qəbul edir, sonrakı təfsirləri isə rədd edirdilər.


1947-ci ildə isə Hindistan və qonşu Pakistan müstəqillik qazandıqdan sonra deobandistlərin bir çoxu Pakistana mühacirət etdilər. Cərəyan bundan sonra bölgədə yavaş-yavaş populyarlıq qazandı. Bu zaman Pakistan hakimiyyəti Hindistanın Kəşmir əyalətində və Əfqanıstanda yaraqlı İslamçı qruplara dəstək vermək üçün radikalları qismən dəstəkləyirdi. Molla Ömərin özü də məhz Pakistandakı düşərgələrdə təlim keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Loyallaşan Taliban – Super güclər TERROR təşkilatını hakimiyyətə niyə gətirdi?


Artıq 1990-cı illərdə Taliban deobandizmi Əfqanıstan reallıqlarına uyğunlaşdırmağa başladı və cərəyanın bəzi qanunları əfqan adətləri ilə birləşdiriləməyə başlandı. Bu isə Deobandizmi daha da radikallaşdırdı.

Dağınıq mücadilənin toparlanması

1996-cı ildə, Taliban Əfqanıstanın böyük hissəsinə nəzarəti ələ keçirməyə başladıqda isə heç bir fondu, planı və ya idarəetmə proqramı yox idi. Taliblər yalnızca Şəriət sisteminə əsaslanan bir hökumətə qeyri-müəyyən və ümumiləşdirilməmiş görüşlərə sahib idi. Lakin indi vəziyyət bir qədər yumuşalıb.

Bunu Taliban rəsmilərinin açıqlamalarından da görmək mümkündür. Hətta bəzi Qərb mütəxəssisləri də Talibana şans verilməsinin tərəfdarıdı. 


Buna baxmayaraq, Taliban Deobandizm ideyalarına hələ də sadiqdir. Buna görə də əfqanlar arasında taliblərə qorxu ilə yanaşan insanların sayı xeyli çoxdur. (bbc)

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aktyor həyat yoldaşının bikinidə FOTOSUNU yaydı

Aktyor həyat yoldaşının bikinidə FOTOSUNU yaydı

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

Klinikadan klinikaya uzanan QALMAQAL - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM işində? – ARAŞDIRMA

Klinikadan klinikaya uzanan QALMAQAL - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM işində? – ARAŞDIRMA

İsveçrə səfirliyi 236 min dolların hesabatını verəcəkmi? – FOTO

İsveçrə səfirliyi 236 min dolların hesabatını verəcəkmi? – FOTO

“Atletiko”dan gözlənilməz məğlubiyyət - VİDEO

“Atletiko”dan gözlənilməz məğlubiyyət - VİDEO

Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Şabrandakı qəzalı məktəblə bağlı AÇIQLAMA - FOTO

Şabrandakı qəzalı məktəblə bağlı AÇIQLAMA - FOTO

Ruben Vardanyanın məhkəməsi bu tarixdə keçiriləcək

Ruben Vardanyanın məhkəməsi bu tarixdə keçiriləcək

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

Azərbaycan qazını idxal edən 11 NATO ölkəsi – SİYAHI

Azərbaycan qazını idxal edən 11 NATO ölkəsi – SİYAHI

Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı - FOTO

Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı - FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Türkiyəyə gedən yük maşını yoxlamaya cəlb edildi – FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Türkiyəyə gedən yük maşını yoxlamaya cəlb edildi – FOTO

Prokurorluqdan klinikadakı ölümlə bağlı AÇIQLAMA

Prokurorluqdan klinikadakı ölümlə bağlı AÇIQLAMA

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

İlhamiyyə Rza TV-dən Mehriban Ələkbərzadəyə görə gedib? - AÇIQLAMA

İlhamiyyə Rza TV-dən Mehriban Ələkbərzadəyə görə gedib? - AÇIQLAMA

Uşaq evində azyaşlı qızılcadan dünyasını dəyişdi – VİDEO

Uşaq evində azyaşlı qızılcadan dünyasını dəyişdi – VİDEO

Gəncədə dəm qazından zəhərlənən tələbə qızların SON DURUMU

Gəncədə dəm qazından zəhərlənən tələbə qızların SON DURUMU

Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI

Bu yolda sürət həddi endirildi – SƏBƏB

Bu yolda sürət həddi endirildi – SƏBƏB

End of content

No more pages to load

RADİO