Atəş zamanı sülhməramlılar harada olub? – Eyş-işrət, turist bələdçiliyi, yoxsa “stroybat”... 

Son günlərdə həm Qarabağ ərazisində, həm də Ermənistan-Azərbaycan sərhədində ermənilərin fəallığı müşahidə olunmaqdadır. Sərhədlərdə baş verən insidentlərdə Ermənistan hakimiyyətini ittiham etmək mümkündürsə, Qarabağdakı vəziyyət bundan xeyli fərqlidir.

Bir sıra mütəxəssislər sərhəddəki fəallığın Ermənistan hakimiyyətinin planlı addımı olduğu qənaətindədirlər. Belə ki, Qərbyönümlü Nikol Paşinyanın Rusiyanın nüfuzuna zərbə vurmaq üçün sözügedən addımları atması əsas ittiham dəlilidir. 

Lakin Qarabağda vəziyyət sərhəddən köklü şəkildə fərqlənir. Çünki bölgədəki qruplaşmaların Ermənistan hakimiyyətindən daha çox, “Qarabağ klanı”nın, dolayısı ilə Rusiyanın əmrində olduğunu söyləyə bilərik.
 

MÖVZU İLƏ BAĞLI:

RADA erməni nazirlə vidalaşdı - Avakovun istefasının PƏRDƏARXASI MƏQAMLARI


Qeyd edək ki, son 1 həftə ərzində Qarabağda yerləşən mövqelərimiz 3 dəfə erməni qruplaşmaları tərəfindən atəşə məruz qalıb. Vəziyyətin bu cür cərəyan etməsinin əsas səbəbkarı kimi isə Rusiya tərəfi ittiham olunmaqdadır. Səbəb isə, 20 iyunda keçirilən seçkilərdə Nikol Paşinyanın qələbə qazanmasından sonra Azərbaycanla nəzərdə tutulan danışıqların başlamasına mane olmaqdır. Çünki keçmiş münaqişə tərəfləri arasında dialoqun qurulması, regionda sülhün bərpa olunması ehtimallarını xeyli artırır. Situasiyanın bu cür inkişaf etməsi isə, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin sonunu gətirə biləcəyindən, Kreml mövcud durumla barışmaqda heç də istəkli deyil.

Ümumilikdə isə, planın kimin başının altından çıxmasından asılı olmayaraq əsas problem ən ümdə vəzifəsi Qarabağda sülhü və münaqişə tərəfləri arasında inteqrasiyanı təmin etmək olan Rusiya sülhməramlılarının fəaliyyətsizliyidir. Görünən odur ki, 10 noyabr razılaşmasının şərtləri və 11 yanvar Moskva görüşünün müddəaları pozulur. 

Rusiya Xarici İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı verilən açıqlama da Moskvanın niyyətinin heç də sülhə dayanmadığını sübut etməkdədir.

Belə ki, bəyanatda qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi Rusiya üçün münaqişənin hələ də bitmədiyinin göstəricisidir.

Əsas vəzifələrini kənara qoyub, erməni qadınları ilə münasibət quraraq nəsil artırmağa, eyni zamanda tikinti materialları və erməni zəvvarları daşımağa başı qarışan sülhməramlılar isə qeyd olunan minvalda addımlar atmaqla Rusiyanın bölgədə sonunu hazırlayır. Çünki əsas vəzifələrindən başqa hər şeyi yüksək səviyyədə yerinə yetirən vasitəçi nəinki Azərbaycanın, heç Ermənistanın da maraqlarına cavab vermir. Erməni qadınları ilə keyf-damaq, bir tək, bir cüt erməni zəvvar üçün bələdçilik və “stroybat” funksiyasından çox da uzağa gedə bilməyən sülhməramlıların əsas məramı hazırda bu qədərdir.

Azərbaycan XİN-in açıqlaması da rəsmi Bakının rus sülhməramlılarının fəaliyyətsizliyindən doğan narahatlığını kəskin şəkildə əks etdirib.

Belə ki, bəyanatda Rusiya hərbiçilərinin bölgədə varlığının müvəqqəti olduğu və Qarabağdakı terrorçu qrupların bölgədən çıxarılmasının vacibliyi qeyd olunub.

Vəziyyətin bu formada cərəyan etməsi Azərbaycanı əməli addımlar atmağa vadar etməkdədir. Çünki öz torpaqlarındakı terrorçulara belə uzunmüddətli münaqişədən doğan nifrət hisslərini kənara qoyaraq humanist mövqe sərgiləyən rəsmi Bakının səbrinin də bir həddə qədər olacağı məlumdur. 

Bir fakt kifayətdir. 2020-ci ilin sentyabr ayına qədər olan təxribatlardan cana doymuş Azərbaycan 30 illik danışıqları kənara atıb öz torpaqlarını 44 gündə azad etməyə nail oldu. İndiki şəraitdə Azərbaycanın istənilən təcavüzü dəf etmək, onu doğru məcrasına qaytarmaq imkanları daha yüksəkdir.

Və bu haqqı Azərbaycan tərəfi bütün beynəlxaql hüquq normaları çərçivəsində özündə saxlayır. 

Əgər bunun üstünə “Şuşa bəyannaməsi”ni də əlavə etsək nəticə heç də Ermənistanın xeyrinə olmayacaq! Paşinyanın gedib-gələn yaddaşını “müalicə etmək” isə bir PUA-nın uçuşu və onun vahiməli səsi ilə həll olunan məsələdir. Nikolun qaçıb girə biləcəyi siçan deşiklərinin sayı isə azalmaq üzrədir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

End of content

No more pages to load

RADİO