2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında geyim tərzi ilə gündəmə gələn xorvatiyalı model İvana Knoll 2026-cı il FIFA Dünya Kubokunda yenidən diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundialın tribunalarında görünən məşhur model İngiltərə ilə oyundan etibarən fotoqrafların və azarkeşlərin marağına səbəb olub.
Xorvatiyanın qırmızı-ağ rənglərini əks etdirən ənənəvi obrazı ilə tribunadakı yerini alan İvana Knoll matçdan rəngarəng görüntüləri sosial şəbəkə hesablarında paylaşaraq izləyicilərinin diqqətini çəkib.
Qeyd edək ki, İvana Knoll 2022-ci il Qətər Dünya Kuboku zamanı paylaşımları və fərqli üslubu ilə qlobal miqyasda məşhurluq qazanmış, sosial şəbəkələrdə milyonlarla izləyici toplamışdı.

Bizim.Media