"Birgə Bəyannamə ədalətli və gerçək sülhə yol açan tarixi sənəddir" - Ülvi Quliyev

Avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında imzalanmış Birgə Bəyannamə ədalətli və gerçək sülhə yol açan tarixi sənəddir. Sənədin ölkəmiz üçün əhəmiyyəti həm də ondadır ki, o, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın beynəlxalq hüquq normalarına söykəndiyini təsbit və etiraf edir.

Birgə Bəyannamədə ABŞ Prezidentinin şahidliyi ilə, həmçinin təsbit olunur ki, Ermənistan hökuməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin etmək öhdəliyini öz üzərinə götürür. Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərdə 1-ci yaşayış kompleksində inşa olunmuş fərdi ev və mənzillərin təqdimatı mərasimindəki çıxışı zamanı bu hadisənin ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını xüsusi vurğuladı:
 

”2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq”.


Savaş meydanında qazandığımız tarixi Zəfərdən ötən beş il ərzində dəfələrlə onun da şahidi olmuşuq ki, kimlər Zəngəzur dəhlizinin əleyhinə çıxıb və hansı təhdiddolu bəyanatları verib. Ağ Evdə imzalanmış Birgə Bəyannamədə bu dəhliz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi təsbit olunur, yəni, dünyanın ən qüdrətli dövlətinin Prezidentinin adı ilə.

Bununla bağlı fərqli dairələrdən hələ də narahatlıq ifadə edən bəyanatları eşitsək də, artıq görürük ki, əvvəlki emosional çalarlar tədricən səngiyir. Çünki ən emosional dairələr də anlayır ki, Ermənistanın yurisdik ərazisinə aid olan bu marşrutun adına və hədəflərinə qarşı çıxmaq hansı böyük gücün təpkisinə səbəb ola bilər. Yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb mərhələdə isə ən kiçik səhvə belə göz yumulmur.

Ən başlıcası, dəhliz əleyhinə bəhanə kimi istifadə olunan iddiaların məntiqi əsası yoxdur.
 

Əvvəla, 42,5 kilometrlik Tramp Marşrutu Ermənistan ərazisindən keçir. İkincisi, həmin dəhliz bütün region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə və qonşular arasında qarşılıqlı etimadın yaranmasına xidmət edəcək.


Orta Dənlizin mühüm hissəsi olan Tramp Marşrutu Avrasiya kimi daha geniş coğrafiyada qarşıdurma və ədavətə deyil, ortaq işbirliyinə və bütün aktorların bundan faydalanmasına təminat verəcək. Orta Asiya Respublikaları- Türk dövlətləri də daxil olmaqla Uzaq Şərqdən başlayan bu dəhliz Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Avropaya qədər ticari əlaqələri stimullaşdıracaq, yəni, bütün xalqların rifahına xidmət göstərəcək. Qarşılıqlı ticarət isə, ictimai-siyasi quruluşlardan asılı olmayaraq, bütün dövrlərdə sakitliyi, müharibələrsiz dinc yaşayışı təşviq edib.

Regionumuzda həyata keçirilən layihələrin hədəflərinə və hadisələrin zaman ardıcıllığına diqqət yetirsək, onu da görərik ki, Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin açılması artıq dönməz xarakter alır. İki il əvvəl-2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə Prezidentlərinin Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı imzaladıqları niyyət protokolu bu gün gerçəkliyə çevrilir və iki qardaş ölkənin ortaq maraqlarına xidmət edir.
 

Bir gün əvvəl-avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə 224 kilometrlik dəmir yolunun inşasına başlanılması da milli hədəflərimizin gerçəkləşəcəyinə təminat verir.


Elə həmin gün Prezident İlham Əliyev Azərbaycan, Türkmənistan və Özbəkistan Liderlərinin Zirvə görüşündə iştirak etmək üçün Türkmənistana səfər etdi. Türkmənbaşı şəhərində bir sıra mühüm sənədlər imzalandı. Heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı” digər sənədlərin təməlində dayanır və gələcək əməkdaşlıq üçün Yol Xəritəsinin əsas prioritetlərini müəyyən edir.
 

Eyni tarixi köklərə və ortaq milli-mənəvi dəyərlərə bağlı olan üç qardaş ölkə Liderinin mətbuata birgə bəyanatı da göstərir ki, xalqlarımızın rifahı iqtisadi imkanlarımızın daha sıx əlaqələndirilməsindən və coğrafi üstünlüklərimizin birləşdirilməsindən keçir.


Prezident İlham Əliyev mətbuata bəyanatında həm xalqlarımıza, həm də bütün maraqlı tərəflərə bu mesajı verdi:

“Yenə də deyirəm, burada səslənmişdi-nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur. Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun”.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

End of content

No more pages to load

RADİO