ABŞ-ın Rusiyaya cavabı: Hindistan Çinlə sərhəddə qoşun toplayır

Hindistan Çin Xalq Respublikası ilə sərhəddə qoşun toplamağa davam edir. Hər iki ölkənin mətbuatında yayılan məlumatlara görə Hindistan tərəfi son aylarda Çinlə sərhəddə 50 mindən çox hərbiçi toplayıb və bu say get-gedə daha da artmaqdadır. Son xəbərlərə görə sözügedən bölgəyə yerləşdirilən Hindistan hərbi qüvvələrinin sayı 450 min nəfərə çatıb. 

Xatırladaq ki, keçən ilin iyun ayında tərəflər arasında baş verən qarşıdurmalarda 20-si hindli olmaqla ümumilikdə 24 hərbiçi həyatını itirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ABŞ-ı aldatdı – Putin Çinlə müqaviləni uzatmağa qərar verdi


İndiki vəziyyətdə isə Hindistanın bu cür hərbi fəallıq göstərməsi Çin tərəfinin ciddi narahatlığına səbəb olub. Eyni zamanda iki ölkə arasındakı ərazi iddialarını da yaddan çıxarmaq olmaz. Uzun illərdir davam edən danışıqlar prosesinə baxmayaraq, tərəflər arasında razılıq əldə etmək hələ də mümkün olmayıb.

İki nüvə ölkəsinin bir-birinə qarşı sərt mövqe sərgiləməsi isə bütün dünyanı get-gedə daha artıq narahat edir.

Lakin gərginliyin altında yatan səbəblər təkcə rəsmi Dehli və Pekinə bağlı deyil. Məsələdə ABŞ və Rusiya arasındakı gərginliyin də böyük rolu var.

Asiyanın iki nəhəng gücü arasındakı problemli vəziyyət onsuzda bilinən məsələ idi. Lakin bu cür xəbərlərin indiki vaxtda tirajlanmağa başlamasını bir çox mütəxəssislər məhz ABŞ-ın Rusiyaya cavabı kimi qiymətləndirirlər. Görünən odur ki, iyunun 28-də Rusiyanın gözlənilmədən Çinlə əməkdaşlıq müqaviləsini uzatması Ağ Evi qarşılıq verməyə məcbur buraxıb. Doğrudur, rəsmi Vaşinqtonun rəsmi Pekin ilə də işləri heç də yolunda getmir. Buna görə də, ABŞ daimi olaraq Çinə qarşı Hindistanı dəstəkləməyə davam edir. Lakin indiki vəziyyətdə Ağ Evin sözügedən dəstəyindən Rusiyaya qarşı cavab tədbiri kimi istifadə etməsi daha real görünür.

Təbii ki, Çinə qarşılıq vermək üçün Hindistanın seçilməsinin də bir sıra səbəbləri var. 

İlk olaraq, iki ölkə arasında münasibətlərin onsuzda gərgin olmasını qeyd edə bilərik. Bu səbəbdən ABŞ-ın başqa alternativ axtarmağa və yeni münaqişə ocağ yaratmağa ehtiyacı qalmadan planlarını asanlıqla reallığa dönüşdürə biləcəyi problemli bölgə meydana gəlib.

İkincisi, Hindistan ABŞ-ın ən böyük müttəfiqlərindən biridir. Böyük ABŞ şirkətlərinin bir çoxu məhz Hindistanda fəaliyyət göstərir və ölkənin rəsmi dillərindən biri də ingilis dilidir. Bir sözlə İngiltərənin keçmiş müttəfiqi üzərində Qərbin təsir gücü hələ də çox böyükdür.

Başqa bir səbəb isə, bölgədə Çinə qarşı ciddi təhdid kimi görünə biləcək əsas gücün məhz Hindistan olmasından irəli gəlməkdədir.

Digər qonşu ölkələrin rəsmi Pekinə qarşı bu cür addımlar atması isə, təbii ki, çox az insan tərəfindən proqnozlaşdırıla bilərdi.

Amma bölgədə gözardı edilə bilməyəcək qədər güclü başqa bir aktor da mövcuddur- Pakistan.

Hindistanın ən böyük düşməni, Çinin isə əsas müttəfiqi olan Pakistanın hər hansı gərginliyin baş verəcəyi təqdirdə səssiz qalacağını gözləmək, təbii ki, sadəlöhvlük olardı. Onsuzda vaxtaşırı olaraq ən kiçik qığılcımda belə toqquşmaların baş verdiyi Kəşmirdə, rəsmi İslamabadın ən xırda fürsəti ələ keçirdiyi anda yenidən fəallaşacağı da heç kəsə sirr deyil. 

Birdən-birə dünyanın ən güclü ordularından ikisi ilə üz-üzə qalmaq təhlükəsi isə Hindistanı yüz ölçüb, bir biçməyə məcbur edəcək.

Bu səbəbdən də, rəsmi Dehlinin bu cür addımlarının sadəcə güc nümayişi və mesaj xarakteri daşıdığını təxmin etmək olar. Bir sözlə, indiki durumda Hindistanla Çin arasında ciddi toqquşmaların baş verməsi real görünmür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür

ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür

Dünyanın ən yaxşı çimərlikləri -Ağ qum, firuzəyi rəngdə su...

Dünyanın ən yaxşı çimərlikləri -Ağ qum, firuzəyi rəngdə su...

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Kredit götürənlərə ŞAD XƏBƏR - Bu halda borcdan AZAD olunacaqsınız

Kredit götürənlərə ŞAD XƏBƏR - Bu halda borcdan AZAD olunacaqsınız

Orxan Əsədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Orxan Əsədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Daha bir serial eşqi gerçək oldu -Foto

Daha bir serial eşqi gerçək oldu -Foto

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO