İlham Əliyev S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə baş çəkib - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Bizim.Media xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib.

Qeyd edək ki, Azərbaycan Ordusunun müasir hərbi texnika, silah-sursatla təminatı daim Ali Baş komandanın diqqət mərkəzində olub.

Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan dövlətinin ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, silahlanmaya yeni, müasir silah növlərinin, hərbi texnikanın daxil edilməsi istiqamətində atdığı addımlar müdrik və uzaqgörən siyasətin nəticəsidir. İndi Silahlı Qüvvələrimiz beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatlarında dünyanın ən güclü ordularından biri kimi qiymətləndirilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib. Bildirilib ki, məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolakasiya vasitələrinin, radio-texniki kəşfiyyatın, radio-elektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir.

Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür

ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür

Dünyanın ən yaxşı çimərlikləri -Ağ qum, firuzəyi rəngdə su...

Dünyanın ən yaxşı çimərlikləri -Ağ qum, firuzəyi rəngdə su...

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Kredit götürənlərə ŞAD XƏBƏR - Bu halda borcdan AZAD olunacaqsınız

Kredit götürənlərə ŞAD XƏBƏR - Bu halda borcdan AZAD olunacaqsınız

Orxan Əsədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Orxan Əsədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Daha bir serial eşqi gerçək oldu -Foto

Daha bir serial eşqi gerçək oldu -Foto

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO