İngiltərə Şərqə yenidən qayıdır – Rusiyanın reaksiyası NECƏ OLACAQ? 

İyunun 23-də Böyük Britaniyaya məxsus hərbi gəminin Qara dənizin Krım yarımadasına yaxınlaşmasından sonra Rusiya tərəfindən xəbərdarlıq atəşinə məruz qalması bölgədə gərginliyin artmasına səbəb olub. Hazırda ərazidə sakitlik hökm sürsə də, bu məsələ ölkələr arasında diplomatik gərginliyin yaranmasına səbəb olub.

Maraqlı məqam isə ondan ibarətdir ki, Britaniya hökuməti gəmiyə atəşin açılması ilə bağlı Rusiya tərəfinin iddialarını rədd edib. Rəsmi Londonun birdən-birə gərginliyi artıra biləcək adddımlar atması isə bəzi cavabsız sualların yaranmasına səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan təcili Moskvaya nümayəndə heyəti göndərir – SƏBƏB


Britaniya varlığını yenidən xatırladır

Uzun illər Rusiya və İngiltərə maraqlarının toqquşma meydanı olan Qara dənizin əvvəlki “isti” günlərinə yenidən qayıda biləcəyi ehtimalları yaranıb. Çarlıq dönəmindən bu günə kimi Rusiyanın cənub dənizlərinə enmək niyyətinin davam etməsi isə heç kəsə sirr deyil. Lakin İngiltərənin uzun müddətdir qoruduğu səssizliyini pozaraq Rusiyanı qıcıqlandıracaq addımlar atacağı, yəqin ki, əksəriyyət tərəfindən proqnozlaşdırılmırdı. Amma...

Amma xatırlatmaq yerinə düşər ki, Ukraynanın şərqində münaqişənin yenidən qızışmasından sonra Qara dənizə göndərilən ABŞ gəmiləri geri dönsələr belə, Britaniyalılar burada qalmağa davam etdilər.

İngiltərənin sözügedən addımı atması üçün əlverişli vaxt isə məhz indi idi. Ağ Evin Kremlə qarşı sanksiyalar paketi hazırlığında olmasının verdiyi cəsarəti, eyni zamanda Ukraynanın Kremlə qarşı tək qalmasını və Rusiyanın “Şimal dəhlizi-2” layihəsini davam etdirməsini nəzərə alsaq, Britaniyanın nə üçün hərəkətə keçdiyini başa düşmək olar.

Həmçinin Kremlin İngiltərəyə qarşı sərt mövqeyini sonuna kimi ortaya qoymadığını da qeyd etməliyik. Çünki Rusiya tərəfi öz torpağı kimi qəbul etdiyi Krımda ərazi bütövlüyünün pozulmasını əsas gətirərək, birbaşa gəmini də hədəf ala bilərdi. Belə olan halda isə təkcə ABŞ yox, Avropa, hətta İngiltərə ilə son zamanlar əlaqələrini daha da gücləndirən Çin belə bu məsələdə rəsmi Moskvanın qarşısında ola bilərdi. Lakin sadalanan ehtimalları düzgün analiz edən Britaniya daha cəsarətlə davranaraq öz planını uğurla həyata keçirməyi bacardı.

Krallığın sözügedən manevri etməkdə qarşısına qoyduğu məqsədlər də az deyil. İlk olaraq, Britaniya bölgədə varlığını xatırlatmaq üçün bu cür addım atdığını söyləmək olar.

Uzun müddətdir dünyanın bir sıra gərgin bölglərində varlığını davam etdirsə belə İngiltərənin dünyada səs gətirəcək fəaliyyətlərinin olmaması rəsmi Londonun hərəkətə keçməsinə səbəb ola bilər. 

Böyük Britaniyanın gücünü nümayiş etdirmək niyyətini də unutmaq olmaz. Birləşmiş Krallığın bu planı ilə Rusiyanın qarşısında dayanan tək gücün ABŞ olmadığı mesajını dünya ölkələrinə çatdırmaq istədiyini də proqnozlaşdırmaq olar.

Eyni zamanda, Rusiyanın reaksiyasını öyrənmək baxımından da, bu cür addımın atılmasını uğurlu gediş hesab edə bilərik. Çünki eyni addımın ABŞ tərəfindən atılmasını rəsmi Moskvanın bu cür səbrlə qarşılamayacağı hər kəsə məlum idi. 

Həmçinin Krallıq rəsmi Kiyevə də önəmli ismarış verərək, Ağ Ev geri çəkilsə belə, Ukraynanın yanında olduqlarını bir daha nümayiş etdirdi.

Ümumilikdə, isə Böyük Britaniyanı bir həmlə ilə sadalanan məqsədlərinə nail olduğunu söyləmək olar. Birləşmiş Krallığın gələcək addımlarını isə proqnozlaşdırmaq çətindir. Lakin dəqiq olan bir şey var; Qara dənizin suları hələ çox qaynayacaq... 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB

Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB

Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi

Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Dönərdən zəhərlənən 14 nəfərin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Dönərdən zəhərlənən 14 nəfərin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Havay adalarında vulkan püskürməsi – VİDEO

Havay adalarında vulkan püskürməsi – VİDEO

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO/VİDEO

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO/VİDEO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO