İlham Əliyev Putinlə telefonda nə danışıb? – Ermənistana verilən VAXT BİTİR

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Tərəflər arasında əsas müzakirə mövzusunun isə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların həyata keçirilməsinin praktiki aspektləri olduğu bildirilib. 

Qeyd edək ki, prezidentlərin telefon danışığından öncə iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Sergey Lavrov arasında da müzakirələr aparılıb.

Regiondakı mövcud situasiyanı nəzərə alsaq, danışıqlar zamanı bölgədə kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlərə daha çox yer verildiyini iddia edə bilərik. Çünki bəyanatların tərkib hissəsi də nəqliyyat dəhlizinin getdikcə daha zəruri olmasını özündə əks etdirir. Xatırladaq ki, sözügedən məsələ 10 noyabr bəyanatının 9-cu bəndində, cəmi 2 ay sonra imzalanan 11 yanvar bəyanatının məhz 2-ci bəndində yer alıb. Bu isə tərəflər üçün məsələnin tərəflər üçün nə qədər ciddi nöqtədə dayandığının göstəricisidir. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Putin Qarabağı müzakirə etdi


Telefon danışığının məhz indiki vaxtda baş tutması da təsadüfi qarşılanmamalıdır. Çünki Ermənistandakı gərgin vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın sərhədlərin delimitasiyası ilə bağlı rəsmi İrəvana verdiyi möhlət 20 iyun parlament seçkilərinə qədər idi. Artıq seçimlərin başa çatması və Paşinyan iqtidarının davam edəcəyinin bəlli olması səbəbindən nəqliyyat koridoru üçün müzakirələrə başlamağın vaxtının gəldiyini deyə bilərik.

Eyni zamanda Nikolun Azərbaycanın dövlət sərhədlərini tanıması ilə bağlı müqaviləyə imza atacağı haqqında yayılan iddialar da Bakı və İrəvan arasında dialoq üçün lazımi zəminin yaranmağa başladığını bir daha təsdiq edib.

Əvvəlcə ikitərəfli, sonra üçtərəfli danışıqlar

Müzakirələrin “restart”ı məhz rəsmi Bakının istəyi ilə baş tutub və ilk danışıqların opponenti kimi rəsmi Moskva seçilib. Səbəb isə bəsitdir: Azərbaycan Rusiyanın Zəngəzur dəhlizinin açılmasına təsir edə biləcək əsas faktor olduğuna əmindir. Ona görə də danışıqlar ilk olaraq Bakı və Moskva arasında, daha sonra isə Bakı, İrəvan və Moskvanın iştirakı ilə aparılacaq. 

Əgər Kreml, həqiqətən də, kommunikasiyaların bərpasında maraqlı olarsa, lazımi təsir mexanizmlərindən Ermənistana qarşı istifadə etməklə məsələni qısa müddətdə həll edə bilər. 

Rusiyanın nəqliyyat koridorunun açılmasında maraqlı olması isə şübhəsizdir. 

Xüsusilə də, Ermənistan mətbuatında son günlər geniş yayılan “Zəngəzur ərazisində Azərbaycanla sərhəddə Rusiya hərbiçilərinin yerləşdirilməsi” iddiaları sözügedən marağın mövcudluğunun bariz sübutudur.

Azərbaycan tərəfi isə ilk olaraq, rəsmi Moskva ilə ümumi razılığı əldə etməyə çalışır.

Ermənistanınsa, onsuzda Rusiyanın sözündən çıxmaq kimi seçim alternativi yoxdur. 
Bütün sadalananlar isə bir nöqtəyə işarə edir; Zəngəzur dəhlizinin açılacağı gün yaxındır...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB

Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB

Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi

Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Dönərdən zəhərlənən 14 nəfərin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Dönərdən zəhərlənən 14 nəfərin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Havay adalarında vulkan püskürməsi – VİDEO

Havay adalarında vulkan püskürməsi – VİDEO

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO/VİDEO

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO/VİDEO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO