İlham Əliyev Ağdamda – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media  xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verdi.

Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb.

Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
 

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır.


Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib.

“Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.

Sonra “Tabaterra” MMC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına müəssisə barədə məlumat verib.
 

Bildirilib ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir.


MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.

Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır.

Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.

Keçən ilin nəticələrinə görə, “Tabaterra” MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub.



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Sürücülük vəsiqəsi əlindən alındı

Sürücülük vəsiqəsi əlindən alındı

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi –SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi –SƏRƏNCAM

İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...

İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...

Sabirabadda yanğın törədən şəxs SAXLANILDI

Sabirabadda yanğın törədən şəxs SAXLANILDI

Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü – FOTO

İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü – FOTO

Son altı ayda Azərbaycanda təbii və texnogen hadisələr zamanı ölənlərin sayı AÇIQLANDI

Son altı ayda Azərbaycanda təbii və texnogen hadisələr zamanı ölənlərin sayı AÇIQLANDI

Telefonunuzu sıradan çıxaran ən çox yayılmış səhv

Telefonunuzu sıradan çıxaran ən çox yayılmış səhv

Ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərin SAYI

Ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərin SAYI

Rusiya Zaporojye və Xersona hücum etdi - Ölənlər var

Rusiya Zaporojye və Xersona hücum etdi - Ölənlər var

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

İlham Əliyevdən İndoneziya Prezidentinə MƏKTUB

İlham Əliyevdən İndoneziya Prezidentinə MƏKTUB

Kolleclərə qeydiyyat prosesi BAŞLAYIR

Kolleclərə qeydiyyat prosesi BAŞLAYIR

End of content

No more pages to load

RADİO