ABŞ təsdiqlədi: Zəngəzur dəhlizi 100 illik möhlətə icarəyə verilir

ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizini öz üzərinə götürməyi təklif edib. Bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib.

Bizim.Media xəbər verir ki, mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, rəsmi Bakı sazişi imzalamazdan əvvəl bir neçə əlavə şərtdə israr edir.

“Azərbaycan İrəvandan tələb edir ki, digər şərtlərlə yanaşı, konstitusiyaya dəyişiklik edilsin. Əsas problemlərdən biri Azərbaycanı öz eksklavı olan Naxçıvanla Ermənistan ərazisi ilə vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizi adlanan layihədir”, - deyə Britaniya nəşri yazıb.

Təhlilin davamında qeyd edilib ki, Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsinə təkid edir. Ermənistan isə marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir.

Uzunluğu 32 km olan dəhliz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasında ciddi maneəyə çevrilib.

"Onlar 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin".

Barakın şərhləri Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq özəl ABŞ kommersiya operatoru vasitəsilə dəhlizi idarə etmək təklifinin ilk rəsmi təsdiqidir.

“Carnegie Endowment”-in son hesabatında bu plan izah olunub: o, Avropa Birliyinin daha əvvəlki təklifi əsasında modelləşdirilib, ABŞ logistika firmasının marşrut boyunca yük tranzitinin idarə edilməsinə və monitorinqinə cavabdeh olacaq.

Türkiyə sakitcə Bakını sülh sazişini imzalamağa çağırıb və Azərbaycan rəsmilərinə İranın təsirinin azalması kimi regional dinamikanın dəyişməsini xatırladıb.

Danışıqlarla tanış olan regional mənbə Middle East Eye-a bildirib ki, dəhlizi idarə edən həm Ermənistan, həm də Azərbaycan tərəfindən bəyənilən özəl şirkət ideyasını əvvəlcə Türkiyə təklif edib.

“Lakin Ermənistan tərəfi şirkətdən dəhlizin Naxçıvan tərəfində də işləməyi tələb edib ki, bu da Bakı üçün qəbuledilməzdir”, - mənbə bildirib.

Türkiyə rəsmiləri Ermənistanı Türkiyəni birbaşa Orta Asiya ilə birləşdirəcək Orta Dəhlizdə mühüm halqa kimi görürlər. Türkiyə şirkətləri də Ermənistan daxilində potensial infrastruktur layihələrində iştirak etməyə can atırlar. (Yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

End of content

No more pages to load

RADİO