Yaxın Şərqə Azərbaycan NƏFƏSİ – TƏHLİL

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şara iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib. O, ölkə başçısı İlham Əliyevlə öncə geniş tərkibdə, daha sonra ikili görüş keçirib.

Bizim.Media xəbər verir ki, Əhməd Əl Şara keçid dövrü prezidenti kimi bu günə qədər 8 ölkəyə səfər edib.
 

MÖVZU İLƏ BAĞLI:

Suriya prezidentindən İlham Əliyevə təşəkkür MƏKTUBU


Məhz 8-ci ölkə Azərbaycandır. O, bundan öncə Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Bəhreyn, Fransa, Qətər, Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Əhməd Əl Şaranın Azərbaycanı seçməsi isə təsadüfi deyil. Rəsmi Bakı ilə danışıqlar Suriyanın bundan sonrakı taleyi üçün həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə fikirləri şaxələndirmədən öncə rəsmi Bakı üçün Yaxın Şərqin əhəməiyyətinə baxaq.

Mövzunu Bizim.Media-ya şərh edən millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan son dövrlərdə Yaxın Şərq və Şimali Afrika istiqamətində dərin strateji addımlar atmaqla, 2020-ci ildə 44 günlük müharibədən sonra əldə etdiyi yeni statusu daha yüksək mərhələyə qaldırmaqdadır.

Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilir.

“Əgər bu istiqamətin əsaslarına nəzər salsaq, görərik ki, burada həm iqtisadi, həm də enerji layihələri kontekstində mühüm addımlar atılır. Bu, Azərbaycanın iqtisadi əməkdaşlıq və enerji ticarəti siyasətini şaxələndirmək niyyəti kimi qiymətləndirilə bilər.

Əgər indiyə qədər əsas diqqət Avropaya yönəlmişdisə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından alternativ mənbəyə çevrilmişdisə, bu gün artıq Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilir. Bu meyil, həm də regionda yaranmış yeni şərtlərlə, o cümlədən Azərbaycanın da dolayısı ilə iştirak etdiyi proseslərlə bağlıdır”.

Suriya Prezidentinin Azərbaycana səfərini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Dünənə qədər qeyri-sabitlik ocağı, terrorçu qruplaşmaların və müxtəlif mərkəzdən idarə olunan proksi qüvvələrin toqquşma məkanı olan Suriya, bu gün artıq yeni hakimiyyətin təşəbbüsləri ilə sabitlik və inkişaf yoluna qədəm qoymaqdadır.

Hələb və Şam şəhərləri – Azərbaycanın tarixi, mədəni və etnik arealı hesab edilə bilər.

“Bu dəyişiklik, Azərbaycan-Suriya münasibətlərinin yenidən tarixi baxımdan məcrasına dönməsini zəruri edir. Xüsusilə enerji və qaz təchizatı sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəlməsi bu baxımdan əhəmiyyətlidir. Yaxın Şərqin bir çox ölkələri kimi, Suriya da – xüsusilə Hələb və Şam şəhərləri – Azərbaycanın tarixi, mədəni və etnik arealı hesab edilə bilər. Əsrlər boyu Azərbaycan bu regionla həm İslam mədəniyyətinin ortaq dəyərləri, həm də intellektual və elmi mübadilələr baxımından dərin əlaqələr qurmuşdur.

Bu münasibətlər, Azərbaycan mədəniyyətinin və dövlətçiliyinin Yaxın Şərqə təsiri kontekstində mühüm yer tutur. Digər tərəfdən, bu gün Yaxın Şərqin yenidən formalaşmasında əsas rollardan birini Türkiyə oynayır. Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik – xüsusilə Şuşa Bəyannaməsinə sadiqlik – Azərbaycanın bu prosesdə fəal iştirakını daha da aktuallaşdırır”.

Bu baxımdan, Suriya Prezidentinin Azərbaycana səfəri zamanı humanitar, elmi, texniki və enerji sahələrində əməkdaşlıq üzrə müzakirələrin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətlərdə əməkdaşlıq üçün böyük potensial mövcuddur.
 

Təbii ki, sözügedən görüş Suriya prizmasından da böyük önəm ərz edir. Xüsusilə xarabalığa çevrilən Suriyanın yenidən inşasında dünyadakı ən böyük quruculuq modeli kimi Azərbaycanın imkanları öyrəniləcək.


Digər məqam Suriyanın müxtəlif ölkələrlə sağlam əlaqələr qurmasıdır ki, bu zaman Azərbaycan liderinin dəstəyinə ciddi ehtiyac duyulur. Heç şübhəsiz ki, Əhməd Əl Şaranın Bakını seçməsi onun da diplomat kimi uğurlu olmasının göstəricisidir. Bundan sonrakı proseslərdə də rəsmi Bakının dəstəyini alan Suriyanın inkişafı yalnız Suriya xalqına xeyir gətirəcək.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən gənc general-leytenant oldu

Ən gənc general-leytenant oldu

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Pensiyalarla bağlı vacib məlumat

Pensiyalarla bağlı vacib məlumat

Çin avtomobilləri BAHALAŞACAQ

Çin avtomobilləri BAHALAŞACAQ

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Sürücülük vəsiqəsi əlindən alındı

Sürücülük vəsiqəsi əlindən alındı

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

End of content

No more pages to load

RADİO