İranın Yaxın Şərqdəki hədəfləri - Əfqanıstanda nə planlaşdırılır?

Bir neçə gündür ki, Türkiyənin Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən və ölkənin ən böyük hava limanını mühafizəsini təmin etməklə bağlı təklifi ciddi müzakirə mövzusudur. Müzakirələrin fonunda Taliban və hökümət qüvvələri arasında toqquşmaların da get-gedə gücləndiyi müşahidə olunur.

ABŞ ordularının Əfqanıstandan çəkilmək qərarından sonra ölkə Taliban silahlıları ilə hökümət qüvvələri arasında ciddi toqquşmalar davam edir. Son məlumatlara görə, ABŞ hərbi kontingentinin 50%-lik hissəsi Əfqanıstanı tərk edib. Bu prosesə parallel olaraq isə Talibanla toqquşmalar son 3 ayda 130 mindən çox insanın öz evlərindən didərgin düşməsi ilə nəticələnib. Taliban 50-dən çox bölgəni nəzarəti altına alıb və hökümət qüvvələri isə ard-arda ciddi məğlubiyyətlər alır. Əsas məqsədi Əfqanıstan üzərində tam nəzarəti bərpa etmək olan Talibanın qarşıdakı aylarda hücumlarını daha da şiddətləndirəcəyi gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

İran ABŞ-ın kiberhücumuna CAVAB VERDİ


Xüsusilə də ABŞ ordularının sentyabr ayında Əfqanıstanı tamamilə tərk edəcəklərini düşündüyümüzdə Türkiyənin bu mövzudakı israrları daha da mənalı görünür. 

İranın Yaxın Şərqdə nəyi hədəfləyir?

Son günlərdə İranda baş tutan prezident seçkiləri Ayətulla Xamneyi ilə yaxın münasibətlərə malik, mühafizəkar qanadın təmsilçisi olan İbrahim Rəisinin qələbəsi ilə yekunlaşıb. Rəisi mühafizəkar olduğu üçün şəriət və İran inqilabının ideyalarına bağlı bir şəxsdir. Bu məsələdə İranın ali dini lideri ilə yaxın əlaqələrin olmasınında ciddi rolu var. 

1979-cu il İslam inqilabından sonra İranın mənimsədiyi əsas ideya şiə islamçılığının və İslam inqilabının bütün yaxın Şərqə ekspansiyasını (yayılmasını) həyata keçirmək idi.

Bu prosesi birbaşa diktə edən şəxs isə Ali dini lider və onun yaxın ətrafıdır. Uzun illərdir ki, İranın xarici siyasət krusunun məhz Ali dini lider tərəfindən müəyyən olunduğu məlumdur. Məhz bunun nəticəsində bu gün İran Yəməndə, Suriyada, İraqda və Fələstində öz maraqlarının təmin olunması istiqamətində müharibələr aparır.

Oxşar ssenari müsəlman ölkəsi olan Əfqanıstan üçün də keçərlidir. 

Əfqanıstanda şiə inancına malik ciddi kütlə mövcuddur və İran illərdir ki, bu kütlə ilə bu və ya digər dərəcədə iş aparır. Bir neçə ay əvvəl Taliban nümayəndə heyətinin Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşməsi də İranın Əfqanıstandakı təsir gücünün göstəricisi idi və məhz bu baxımdan qiymətləndirilməlidir. Müxtəlif maraq qruplarının yer aldığı Əfqanıstanda şiə nüfuzun çoxluq təşkil etdiyi Qərb əyalətləri birbaşa İranın siyasi təsir dairəsindədir. ABŞ-ın Əfqanıstandakı varlığı bu təsiri qismən azaltsa da bütünlükdə yox etməyi bacarmayıb.

İranın Əfqanıstanla bağlı planları nələrdir?

ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi ilə ölkəni idarə etmək üçün şiddətli mübarizələrin başlayacağı məlum idi. Bu mübarizədə əsas tərəflərdən biri də məhz İran və İranın dəstəklədiyini şiə nüfuzudur. Talibanın ilin əvvəlində Tehranda İran nümayəndələri ilə keçirdiyi görüşlər də məhz bu güclə hesablaşdıqlarını bəyan etmək, müəyyən mənada ABŞ-ın yoxluğunda İranda birgə əməkdaşlığa nail olmaq idi.

Əfqanıstandakı digər bir güc isə hazırda mərkəzi hökümətdə yer alan qismən loyal kəsimdir.

Radikallıqdan uzaq olan bu kəsim ölkə əhalisinin böyük əksəriyyətini təşkil edir. ABŞ-ın gəlişi ilə şəriət sistemindən xilas olan və cəmiyyətdə özlərinə nüfuz qazanmaq fürsəti əldə edən şəxslərdən ibarətdir. Bu kəsim Talibanın yenidən hakimiyyətə gəlməsi ilə əldə etdikləri səlahiyyət və azadlığı itirəcəklərinin fərqindədirlər. Bu məqsədlə də hökümət qüvvələrini dəstəkləyir və Talibana qarşı mübarizə aparırlar.

Türkiyənin İranla əməkdaşlıq içərisindəki Talibana qarşı dəstəklədiyi qüvvələr də məhz bu qruplardır.

Əfqanıstanda Talibanın hakim gücə çevrilməsi bu gün İranın maraqlarına cavab verir. Çünki ABŞ bölgədən tamamilə çıxır, ABŞ tərəfindən dəstəkləyən mərkəzi hakimiyyət isə şəriətçi Taliban rejimi ilə əvəz olunur. Əfqanıstanda Taliban rejiminin bərqərar olması isə ölkənin Orta Asiyada İslam inqilabi ideyalarının yayılması üçün də platformaya çevrilməsi deməkdir. Bu Türkiyənin birbaşa maraq dairəsində yer alan Orta Asiyayada İranla maraqlarının toqquşduğu mənasına gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB

Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB

Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi

Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Dönərdən zəhərlənən 14 nəfərin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Dönərdən zəhərlənən 14 nəfərin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Havay adalarında vulkan püskürməsi – VİDEO

Havay adalarında vulkan püskürməsi – VİDEO

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

DİQQƏT! Bakıda iki marşrut avtobusunun hərəkət sxemi DƏYİŞİR

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO/VİDEO

Ağdamda yanğın minalanmış sahələrə keçdi: Partlayış səsləri eşidilir – FOTO/VİDEO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Portuqaliyada itkin düşən azərbaycanlı TAPILDI

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO