Danışıqlar prosesində YENİ MƏRHƏLƏ – Əbu-Dabi görüşü nələrlə YADDA QALDI?

Xəbər verdiyimiz kimi iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumatda qeyd olunur ki, görüşdə dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Əbu-Dabidə TARİXİ GÖRÜŞ – Hansı razılaşmalar ƏLDƏ OLUNDU?


Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Uğurlu məqamlar

Əbu-Dabi görüşü bütün hallarda uğurlu bir hadisədir. Çünki uzun fasilədən sonra tərəflər bir araya gəldi. Özü də vasitəçilərin iştirakı olmadan. Məlumdur ki, uzun illər aparıcı dövlətlər Ermənistanın Azərbaycanla birbaşa ünsiyyət qurmasına və danışıqlar aparmasına əngəl olub. Qərbin və Rusiyanın belə hərəkətlərinin əsas səbəbi özlərinin varlıqlarını ortaya qoymaq və əldə edilə biləcək razılaşmada öz maraqlarını təmin etmək idi.
 

Təbii ki, bu cür yanaşma Azərbaycanın milli və dövlət maraqlarına uyğun gəlmirdi. Ona görə də bir neçə ildir ki, Azərbaycan danışıqların vasitəçilərin iştirakı olmadan baş tutması variantını irəli sürürdü.


Nəticə isə göz önündədir...

Artıq Ermənistanın və Azərbaycanın siyasi rəhbərliyi heç bir vasitəçinin iştirakı olmadan danışıqlar masasına əyləşiblər. Bu da çox böyük diplomatik uğurdur.

Görüşün digər uğurlu cəhəti odur ki, Əbu-Dabidə həm ölkə liderlərinin təkbətək, həm də geniş tərkibli müzakirələri olub. Bu da ondan xəbər verir ki, tərəflər artıq ortaq məxrəcə doğru irəliləyirlər. Əldə edilən istənilən razılaşma Cənubi Qafqazın təhlükəsizliyinə və rifahına xidmət edir.

Digər bir uğursa görüşdə Azərbaycanın diqtə edən tərəf olmasıdır. Hətta Prezident İlham Əliyevin görüşə gələn Ermənistanın nümayəndə heyətinə etdiyi diplomatik jest medianın manşetlərini bəzədi. Bu faktın özü də onu göstərir ki, Azərbaycan ikitərəfli danışıqlarda aparıcı tərəfdir.

Əbu-Dabi görüşü nə ilə yadda qaldı?
 

İstənilən halda bu görüş uğurdur. Çünki ən pis sülh danışığı müharibədən yaxşıdır. Ona görə də bu görüşü sülhə doğru atılmış bir addım hesab etmək olar.


Bundan əlavə, görüşdə bir sıra vacib məsələlər müzakirə edilib. Bura sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlər daxildir.

Məlumdur ki, kommunikasiyaların açılması da uzun müddətdir ki qarşılıqlı müzakirə edilmir. Ən əsası da Zəngəzur dəhlizi. Baxmayaraq ki, Ermənistan bu dəhlizin açılması üçün hələ 10 noyabr 2020-ci ildə öhdəlik götürüb. Lakin müxtəlif bəhanələrlə və xarici qüvvələrin təzyiqi ilə Zəngəzur dəhlizinin açılması 5 ildir ki, yubadılır.

Bu məsələnin görüşdə əsas müzakirə predmeti olması ondan xəbər verir ki, Zəngəzur dəhlizi öz aktuallığını saxlayır və tərəflər üçün olduqca vacibdir.

Təbii ki, əsas diqqət çəkən məsələlərdən biri də sülh müqaviləsinin paraflanmasıdır. Bu məsələnin yubanmasında da məsuliyyət Ermənistanın üzərinə düşür. Çünki Minsk qrupunun buraxılmaması və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olması ədalətli və davamlı sülhə kölgə salır. Ona görə də Ermənistan sual doğuran bu iki məsələni aradan qaldırmalıdır. Əks təqdirdə sülh sazişinin imzalanması bir xəyal olaraq qala bilər.
 

Əbu-Dabi görüşündəki nikbin əhval-ruhiyyə belə bir inam yaradır ki, rəsmi İrəvan gec də olsa, ədalətli sülhə kölgə salan bu iki məsələnin həllində artıq maraqlıdır. Amma bunun üçün zaman lazımdır.


Ona görə də Əbu-Dabi görüşü gələcək üçün müəyyən ümidlər vəd edir.

Böyük güclərin reaksiyası

Təsadüfi deyil ki, görüş başa çatar-çatmaz Qərbdən və Rusiyadan maraqlı bəyanatlar səsləndi. Məsələn, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper Bizim.Media-ya deyib ki, Əbu-Dabidə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüşü alqışlayır.

Tarixi görüşə Avropa İttifaqının münasibəti haqqında danışan Hipper, normallaşma prosesində atılan bütün addımların Aİ tərəfindən dəstəkləndiyini bildirib.

Əbu-Dabi müzakirələri ilə bağlı ABŞ Dövlət Departamenti də mövqeyini açıqlayıbBizim.Media-nın sorğusunu cavab olaraq Dövlət Departamentindən bildirilib ki, ABŞ Cənubi Qafqazda sülhü dəstəkləyir:

“Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da oxşar açıqlama ilə diqqət çəkib:

“Rusiya Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu alqışlayır”.

Bütün bunlar da onu göstərir ki, Əbu-Dabi görüşü kifayət qədər konstruktiv və səmərəli keçib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən gənc general-leytenant oldu

Ən gənc general-leytenant oldu

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Pensiyalarla bağlı vacib məlumat

Pensiyalarla bağlı vacib məlumat

Çin avtomobilləri BAHALAŞACAQ

Çin avtomobilləri BAHALAŞACAQ

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

İnək südündəki bu zülal bitkilərdən əldə edildi

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

SEPAHErmənistana"gizli sistem"satıb -GÖRÜNTÜ

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? -Müqavilənin detalları

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“Qarabağ” azarkeşləri üçün 1500 yer ayrıldı

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Sürücülük vəsiqəsi əlindən alındı

Sürücülük vəsiqəsi əlindən alındı

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

End of content

No more pages to load

RADİO