Miqrasiya Xidməti işçilərinin geyim forması belə olacaq – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda aşağıdakı dəyişikliklər edilib:

Geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları daxildir:

furajka (qadınlarda – şlyapa) – tünd boz rəngli;

qış papağı – tünd boz rəngli;

palto – tünd boz rəngli;

dəri gödəkcə – tünd boz rəngli;

kitel – tünd boz rəngli;

şalvar (qadınlarda – yubka və şalvar) – tünd boz rəngli;

şalvar qayışı – qara rəngli;

yun köynək – tünd boz rəngli;

uzunqol köynək – ağ rəngli;

qısaqol köynək – ağ rəngli;

qalstuk – tünd boz, gümüşü rəngli sıxacla;

şərf – qara rəngli;

əlcək – qara rəngli;

corablar – qara rəngli (qadınlarda – dəri rəngli neylon, yaxud qara rəngli yarımyun corablar);
tufli, yarımçəkmə – qara rəngli.

Qış papağı: 


xüsusi rütbəsi olan kişi işçilər üçün tünd boz rəngdədir, silindr formalıdır, hündürlüyü 12 sm olmaqla dövrədən və günlükdən ibarətdir. Xarici üst hissəsi tünd boz rəngli drap parça ilə örtülür. Günlük tünd boz rəngli olmaqla dövrənin ön hissəsinə bərkidilir və onun ortada eni 6 sm-dir. Günlüyün üstünə ali xüsusi rütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir. Eni 1.5 sm olan gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə günlük boyu dövrəyə bərkidilir;
 

xüsusi rütbəsi olan qadın işçilər üçün tünd boz rəngdədir, günlüksüzdür, oval formalıdır və üst hissəsinin kənar dövrəsinə paralel xüsusi qövsvari forma verilmişdir;


ali xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün dövrə tünd boz rəngli təbii qaragül dərisindən tikilir və içində ipək astar vardır;

baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi işçilər üçün dövrənin ön hissəsi tünd boz rəngli drap parçadan, arxa və yan hissələri, o cümlədən baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan qadın işçilər üçün dövrə tünd boz rəngli süni qaragül dərisindən tikilir. Baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün qış papağının içində ipək astar vardır;

xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün tünd boz rəngli süni xəzdən tikilir və öz konstruksiyasına görə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün nəzərdə tutulan papaqla eynidir. Xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün qış papağının içində sarja astar vardır;

dövrənin ön hissəsinin mərkəzinə kokarda bərkidilir (şəkil 5.3, 5.4, 5.7, 5.8, 5.9, 5.12, 5.13).

Palto tünd boz rəngli yun parçadan tikilir, birbortludur, laskanlıdır, qatlanan boyunluqlu və açıq yaxalıdır. Üst yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, digər xüsusi rütbəsi olan işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Ali xüsusi rütbəsi olan işçilər üçün yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Palto dörd böyük forma düyməsi ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Palto astarlıdır və astarında iki kəsmə qoltuq cibi vardır.
 

Paltonun laylarında yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblər vardır. Paltonun poqonları çiyinə tikilir. Kürək, orta və aşağı hissələrdə şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikiş yerlərinə bərkidilmiş iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır.


Qolları ikitikişli, qol köbəli, içəridən tikiləndir. Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən paltonun ətəyinədək olan məsafə 43–45 sm-dir (şəkil 1.1, 2.1, 2.2, 3.1).

Dəri gödəkcə tünd boz rəngli süni dəridən tikilir. Mərkəzdən gizli zəncirbəndlə bağlanan, qatlanan boyunluqlu, laskanlıdır.

Dəri gödəkcə basmadüymə ilə kişilərdə sağ tərəfə, qadınlarda isə sol tərəfə düymələnir. Yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, xüsusi rütbəsi olan digər işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Laylarında yan kəsmə köndələn ciblər vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir.

Təbii xəzdən istiləşdirilmiş və taxılıb-çıxarılan astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Taxılıb-çıxarılan poqonların çiyinə bərkidilməsi üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən dəri gödəkcənin ətəyinədək olan məsafə 65 sm-dir (şəkil 1.2, 2.3, 2.4, 3.2).

Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır.


Yun köynək tünd boz rəngli yundan toxunur. Dik yaxalıqlıdır, mərkəzdən açıq zəncirbəndlə bağlanır və aşağı kənarlarına manjet tikilir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Taxılıb-çıxarılan poqonlar üçün yun köynəyin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Üzərində heç bir fərqlənmə nişanı yoxdur (şəkil 1.4, 2.7, 2.8, 3.4).
 

Uzunqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlı ciblər vardır. Qatlanan boyunluqludur.


Köynək qalstukla geyilir. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün kəmərciklər orta forma düymələri ilə düymələnir (şəkil 1.5, 2.9, 2.10, 3.5).

Şərf qara rəngli yun parçadan hazırlanır və ölçüsü 40x100 sm-dir.

20-2. Əlcək qara rəngli süni dəridən hazırlanır (şəkil 6.1, 6.2).

Gödəkcə – tünd boz rəngli poliestr parçadan tikilir. Qısa qatlama boyunluqludur, dik yaxalıqlıdır, bortları mərkəzdən gizli zəncirbəndlə və dörd yapışqanlı lentlə bağlanır (kişilərdə − sağ tərəfə, qadınlarda − sol tərəfə). Gödəkcənin hər iki bortunun sinə hissəsində üstdən tikilmiş basmadüymə ilə düymələnən fiqurlu qapaqlı gizli döş cibləri, ətək hissəsində isə basmadüymə və açıq zəncirbənd ilə bağlanan iki ədəd cib vardır. Boyunluğunun arxa tərəfində gizli zəncirbəndlə gödəkcəyə bağlanan yağışdan qorunmaq üçün xüsusi örtük papaq vardır.
 

Qolları tək tikişlidir, manjetlidir, tənzimlənən basma düymələrlə bağlanır. Gödəkcənin belində tənzimləyici gizli rezin ip vardır. Gödəkcə astarlıdır, astarın hər iki tərəfdən döş hissələrində əsas parçadan köbəsi olan və zəncirbəndlə bağlanan daxili cibləri vardır. Gödəkcənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və basmadüymə ilə gödəkcəyə düymələnir.


Taxılıb-çıxarılan poqonlar üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir (şəkil 4.1, 4.2).

Dövrənin alın hissəsinin aşağısına papağın rəngində bərk materialdan günlük tikilir. Böyük xüsusi rütbəsi olan işçilər üçün günlüyün üstünə bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir (şəkil 5.14, 5.15).

Köynəklər qalstuksuz geyilir və şalvarın içinə salınır.

“Dövlət Miqrasiya Xidməti rəisinin poqonlarının kənarları gümüşü rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 7.1, 7.2).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO