Ciddi məsələlərin qeyri-ciddi HƏLLİ – Dünya “siqaret diplomatiyası” ilə idarə olunur?

Diplomatiya təkcə bəyannamələr və memorandumlardan ibarət deyil. Bu qənaətə bizi tarix özü gətirib. Belə ki, bir çox qərarların qeyri-rəsmi məkanlarda, səmimi ünsiyyət zamanı verildiyinə tarix boyu və günümüzdə də dəfələrlə rastlanıb.

Qalstuklu, ciddi, hətta bir-birinə sərt, düşməncəsinə yanaşan məsul şəxslərin bir neçə dəqiqəlik siqaret fasiləsində dostyana söhbətləşdiyini, əl sıxdığını yəqin ki, çoxları görüb. Bax buna siyasətdə “Siqaret diplomatiyası” deyilir. Bu, rəsmi danışıqlardan kənarda, adətən siqaret fasiləsi zamanı baş tutan söhbətlər vasitəsilə siyasi, iqtisadi və hərbi məsələlərin yumşaq formada həllinə yönələn ünsiyyət formasıdır.

Təsəvvür edin, gərgin və rəsmi danışıqların fasiləsi zamanı siqaret çəkmək öncə tarıma çəkilmiş əsəbləri, sonra da anlaşılmaz mövqeləri necə də yumşaldır... Başqa sözlə, ciyərlərin düşməni olan bu silindrik formalı istehlak məhsulu, sən demə, sülhün və anlaşmanın dostu imiş. Onun tüstüsü neçə-neçə münaqişələrin qarşısını ala bilib.

Tüstüyə bürünmüş tarix



“Siqaret diplomatiyası” termini XX əsrin ortalarında Qərbdə geniş yayılmağa başladı. Günümüzdən fərqli olaraq o dövrdə siqaret çəkmək dəb idi. Bu gün əlbəttə ki, ziyanları və sosial problemləri nəzərə alınaraq, Azərbaycan da daxil bir çox ölkələrdə qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. Televiziyada və internet səhifələrində də siqaretin ziyanları ilə bağlı mütəmadi məlumatlandırmalar, maarifləndirici çarxlar təqdim olunur.

Amma həmin dövrlərdə nəinki kişilərin, hətta qadınların da siqaret çəkməyi kübarlıq əlaməti sayılırdı, xüsusilə siyasi və diplomatik dairələrdə normal və yayğın bir vərdiş idi. Diplomatik görüşlər zamanı verilən siqaret fasilələri, əslində tərəflərə protokol məhdudiyyətləri olmadan, birbaşa və səmimi ünsiyyət qurmaq imkanı yaradırdı. Bu məkanlarda rəsmi nitqlər yerini yumşaq, daha rahat söhbətlərə verirdi. Bir çox hallarda bu qeyri-rəsmi danışıqlar gərgin diplomatik mühitdə körpü rolunu oynayırdı.

Məsələn, Soyuq Müharibə dövründə (1947-1991) ABŞ və SSRİ diplomatları arasında keçirilən nüvə danışıqları zamanı siqaret fasilələrinin tərəflər arasında atmosferin yumşaltdığına şahid olanlar var.



Həmin tarixi məqamları müşahidə etmiş diplomatlar xatırlayırlar ki, məhz bu qeyri-rəsmi məqamlar, daha çevik razılaşmalar üçün zəmin yaradırdı, çünki rəsmi danışıqlar çox vaxt gərgin və nəticəsiz olurdu. Lakin siqaret fasilələri zamanı tərəflər daha səmimi şəkildə dialoqa girir, gizli mesajlar ötürülür, anlaşma yolları axtarılırdı. Bir-birinə zidd olan, hətta nifrət edən kommunist və kapitalistləri siqaret müvəqqəti də olsa barışdırırdı. Və tüstünün fonunda onların hansı dövlət quruluşunun təmsilçiləri olduqları qətiyyən hiss olunmurdu.

Tüstü altında sülh

Belə nümunələrdən biri də Misir və İsrail liderləri arasında baş tutan bəzi görüşlərdir. Danışıqlardan sonra verilən siqaret fasilələrindəki səmimi söhbət qarşılıqlı inamın yaranmasına səbəb olmuşdu. 1970-80-ci illərdə İsrail, Fələstin, Misir və ABŞ arasında baş tutmuş danışıqlarda diplomatların arxa otaqlarda, siqaret fasilələri zamanı kompromis təklifləri irəli sürdüyü qeydə alınıb. Misirin sabiq prezidenti Ənvər Sədat və İsrail liderləri arasında belə qeyri-rəsmi söhbətlərdən sonra Kemp-Devid Sülh Müqaviləsi (1978) imzalanmışdı.



Avropa Birliyi toplantılarında, xüsusən də əvvəlki illərdə qərarların çox vaxt rəsmi görüşlərdə deyil, fasilələrdə formalaşdığı etiraf olunur. Bəzi liderlər bunu açıq şəkildə “siqaret diplomatiyasının nəticəsi” adlandırıblar. Xüsusilə, 1960-70-ci illərdə Avropa Birliyinin ilkin formalaşma dövründə belə qeyri-rəsmi diplomatik münasibətlər həlledici olmuşdu.

Bir siqaretlik razılaşma

Müasir dövrdə də mənzərə dəyişməyib. Düzdür, siqaretin ictimai və diplomatik məkanlardan sıxışdırılması özünü göstərir, lakin qeyri-rəsmi danışıqların rolu hələ də qalır. Yəni  “Siqaret diplomatiyası” heç də nostalji bir termin deyil. Yenə də kişilər, yenə də siqaret çəkmək ehtiyacı...

Hətta etiraf edənlər var ki, siqaret çəkmədiyi halda belə çəkənlərin yanına gəlib maraqlı söhbətlərə qulaq asıblar, yaxud da “tüstüləmə” zamanı yumşalan müdir-işçi səmiyyətinə də az rast gəlməmişik. (Qadınlar üçün “kofe diplomatiyası” da demək olar). Belə fasilələrdə şəxsi münasibətlər qurulur, bu isə sonra rəsmi masada işə yarayır.

Bəzi otellərin konfrans zallarının yanında xüsusi siqar otaqlarının da olduğu deyilir. İşin ironik və ziddiyyətli tərəfi odur ki, bu bal kimi söhbətlər məhz zəhər kimi acı (mübaliğə deyil) tüstünün sayəsində mümkün olur. Çünki rəsmiyyət susur, səmimiyyət danışır...

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO