Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi - FOTO/VİDEO

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım, bir daha Azərbaycana xoş gəlmisiniz deyirəm. Sizi və nümayəndə heyətinin üzvlərini salamlayıram.

Əminəm ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostuq, qardaşıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlərik. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır.
 

Bu gün Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində biz hesabatları dinləyəcək, qəbul etdiyimiz qərarların yerinə yetirilməsi üzrə növbəti tapşırıqlar verəcək və minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramını müəyyənləşdirəcəyik.


Ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik. Ölkəmizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim.

Hökumət üzvləri və müxtəlif strukturların rəhbərləri səviyyəsində də müntəzəm təmaslar həyata keçirilir. Bu yaxınlarda Hökumətlərarası Komissiyanın növbəti iclası olub. Artıq dediyim kimi, bu gün nəticələri dinləyəcəyik. Əminəm ki, onlar prinsipcə bizi sevindirəcək. Həm də Sizinlə razılaşdığımız kimi və hökumətlərimizin üzvlərinə verdiyimiz tapşırıqlara əsasən, biz bütün qərarlara və onların yerinə yetirilməsinə nəzarət edirik.

Həmçinin qardaş Özbəkistanı tarixi hadisə - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim.

Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan - insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycanı da təmsil edəcəksiniz.

Prezident Şavkat Mirziyoyev: Mütləq.

Prezident İlham Əliyev: Beləliklə, əziz Qardaş, bir daha xoş gəlmisiniz. Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, bizim Dövlətlərarası Şuranın nəticələri yaxın vaxtlarda öz bəhrəsini verəcək. Bir daha xoş gəlmisiniz!

x x x

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:

-Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım, çox sağ olun.

Həqiqətən də bu, gözlədiyimiz səfərdir. Biz Azərbaycana məmnuniyyətlə, öz evimizə, yaxın qardaşlarımızın yanına gəldiyimiz kimi gəlirik. Şəxsən öz adımdan, nümayəndə heyətimizin adından təyyarənin endiyi andan təkcə mənə deyil, həm də bütün nümayəndə heyətimizə göstərilən çox təntənəli qəbula görə minnətdaram. Mən buna görə ayrıca təşəkkür etmək istəyirəm.
 

Əlbəttə, son illər münasibətlərimiz indi Sizin də dediyiniz kimi, tamamilə başqa səviyyəyə yüksəlir. Bizim real uğurlarımız var. Sizin də qeyd etdiyiniz kimi, biz artıq müttəfiqik. Bu, artıq bütün mətləblərdən xəbər verir. Hökumətlərarası səviyyədə, müttəfiqlik diplomatiyasında bunlar onu göstərir ki, biz artıq yaxın qonşular, yaxın dostlarıq. Bütün razılaşmalarımız da yüksək səviyyədə olacaq, Sizinlə razılığa gəldiyimiz kimi, nəzarət olunacaq və həllini tapacaq.


Biz iki yaxın xalqıq və tarixdə ortaq tərəflərimiz, ruhən, əxlaq, dünyaya baxış nöqteyi-nəzərindən çoxlu ümumi cəhətimiz var, dilimiz birdir, mədəniyyətimiz birdir, bir çox məsələni həll edirik. Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib. Amma biz Sizinlə onların yerini doldururuq. Biz bu gün göstəriş verəcəyik, onların yerini dolduracağıq və nəzarətə götürdüyümüz bütün məsələlər mütləq yerinə yetiriləcək.

Əlbəttə, demək istəyirəm ki, dünən tarixdə ilk parlamentlərarası forum uğurla keçirildi. Mənə məruzə etdilər, sizin və bizim deputatlar danışdılar. Bu da münasibətlərin artıq başqa fərqli səviyyəsidir.

Hökumətlərarası Komissiya çox yaxşı səviyyədə keçdi. İki sədr görüşür, bir-birini çox yaxşı başa düşürlər. Mənə çox xoşdur ki, onların real nəticələri var. Son vaxtlar Təhlükəsizlik şuralarının görüşləri oldu, bir yol xəritəsi imzalandı. Bu da çox məsələdən xəbər verir.

İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik.

X X X

Ali Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarına uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verdilər.

Sonra nəqliyyat, energetika, mədəniyyət nazirləri Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrinə uyğun olaraq öz sahələri üzrə məruzələrlə çıxış etdilər.

Daha sonra dövlət başçıları tərəfindən mövcud layihələrin icrası, əməkdaşlığımızın inkişafı baxımından yeni perspektiv layihələrin müəyyən edilməsi ilə bağlı tapşırıqlar verildi.


 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Ağsuda iki evdə yanğın oldu

Ağsuda iki evdə yanğın oldu

61 yaşlı qadın zəhərlənərək öldü

61 yaşlı qadın zəhərlənərək öldü

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

End of content

No more pages to load

RADİO