Azərbaycan XİN-dən Ermənistana CAVAB

"Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

XİN başçısı: "Rumıniya Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır"


"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır.

Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Bu abidələrimiz bərpa olunur- Fotolar

Bu abidələrimiz bərpa olunur- Fotolar

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

Ali təhsili olmayanlar məktəbdə necə müəllim işləyir?

Ali təhsili olmayanlar məktəbdə necə müəllim işləyir?

Qarpız, yoxsa qovun: Şəkərin tənzimlənməsi üçün hansı faydalıdır?

Qarpız, yoxsa qovun: Şəkərin tənzimlənməsi üçün hansı faydalıdır?

Salyanda kişi ov tüfəngi ilə vuruldu: Kürəkən saxlanıldı - ŞOK DETALLAR - VİDEO

Salyanda kişi ov tüfəngi ilə vuruldu: Kürəkən saxlanıldı - ŞOK DETALLAR - VİDEO

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – FOTO

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – FOTO

“Qarabağ” Bolqarıstana yollandı– FOTO

“Qarabağ” Bolqarıstana yollandı– FOTO

Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə

Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə

İsveçrədə kanalizasiya ilə hər il 6 milyonluq qızıl axır

İsveçrədə kanalizasiya ilə hər il 6 milyonluq qızıl axır

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində QƏRAR

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Bakıda evlərdən oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Şirin görünən TƏHLÜKƏ - Yerli konfetlər xarici adlarla satılır?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Duş başlığını ərpdən necə təmizləmək olar?

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI - FOTO

End of content

No more pages to load

RADİO