Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun önəmindən DANIŞDI

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu il dördüncü dəfə Antalya Diplomatiya Forumunda iştirak etdi. Heyətimiz, şəxsən mən bütün forumlarda iştirak etmişəm. Hər il Antalya Diplomatiya Forumuna artan marağın şahidi olmaq sevindirici haldır.

İldən-ilə iştirakçı sayı və aparılan müzakirələrin əhatə dairəsinin artması ilə bu tədbiri dünyada ən önəmli platformalardan birinə çevrilməsini müşahidə etmək, təbii ki, bizim üçün sevindirici haldır. Hesab edirəm ki, Türkiyə heyətindən sonra Azərbaycan ən çox nümayəndəsi ilə burada iştirak etdi. Dövlət nümayəndələrimizlə yanaşı, bizim deputatlarımız, düşüncə mərkəzlərimiz, ekspertlərimiz və Azərbaycan mediası da çox geniş təmsil olundu.

Bizim.Media xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Antalyada Azərbaycan mediasına müsahibəsində bildirib.

Nümayəndə heyətimizin forum çərçivəsində aparılan müxtəlif panel müzakirələrində də fəal iştirak etdiklərini qeyd edən nazir deyib:

“Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə birlikdə iştirak etdiyimiz Cənubi Qafqaza həsr olunan paneldə Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinin mövcud vəziyyəti, dövlətlərarası sülh və münasibətlərin normallaşması üzrə saziş layihəsinin mətni ilə bağlı razılığın əldə edilməsi, eləcə də Azərbaycanın bununla bağlı gözləntiləri barədə iştirakçılara kifayət qədər geniş məlumat verdim.

Paneldə ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların aradan qaldırılması, Minsk qrupunun ləğvi ilə bağlı gözləntilərimiz, ümumilikdə Cənubi Qafqazda inkişaf prespektivləri, Azərbaycanın bölgədə uzun illər ərzində oynadığı pozitiv rolu, digər bölgə ölkələri ilə həyata keçirdiyi tədbirlər haqqında danışdıq”.

Türkiyənin XİN başçısı Hakan Fidanla ikitərəfli görüşü barədə danışan Ceyhun Bayramov deyib:

“Görüşümüz çox önəmli və əhatəli oldu. Bu görüşlə növbəti dəfə Azərbaycan-Türkiyə arasındakı müxtəlif sahələri əhatə edən, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki münasibətləri ətraflı şəkildə müzakirə etmək imkanımız oldu. Bu fikir mübadilələri bir sıra digər önəmli görüşlərdə də edildi”.

Nazir bildirib ki, forumda, həmçinin TDT çərçivəsində gedən proseslər, o cümlədən təşkilatdan gözləntiləri əks etdirən panel müzakirəsi də aparıldı. Bu paneldə də ölkəmiz Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəfindən təmsil olundu. TDT bizim üçün ən önəmli təşkilatdır. Ölkə başçımızın da dediyi kimi, bu, bizim ailə təşkilatımızdır.

Bu baxımdan TDT bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu yaxınlarda Macarıstanda təşkilatın növbəti, qeyri-rəsmi Zirvəsinin keçirilməsi planlaşdırılır. Bu ilin payız aylarında isə Bakıda TDT-nin rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

End of content

No more pages to load

RADİO