Azərbaycan həqiqətləri bu dəfə Antalyadan səsləndi - İlham Əliyev tədbirin ən vacib qonağı timsalında

"Təsadüfi deyil ki, Azərbaycanın müharibədə qalib gəlməsindən sonra bütün türk dövlətləri və dünyanın ən inkişaf etmiş aparıcı dövlətləri bizim səfimizdə yer tutdular."

Bu fikirləri “News Baku” Media və Kommunikasiya Mərkəzinin direktoru, siyasi şərhçi Toğrul Allahverdiyev bildirib.

Bizim.Media xəbər verir ki, Türkiyənin Ankara şəhərində IV Antalya Diplomatiya Forumu keçirilib. Siyasi şərhçi T. Allahverdiyev forumu şərh edib:

"Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatiya Forumu”nun açılış mərasimi keçirilib.

20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Bu tədbir Azərbaycan üçün çox əhəmiyyətli tədbirdir. Ölkə rəhbərimizin bir daha dünyaya Azərbaycanın mesajlarını çatdırması üçün münbit şərait yaradılıb. Həmçinin qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğanla da səmimi görüş baş tutub. İki qardaş ölkənin birlik və bərabərliyinin bir daha dünyaya nümayiş edilməsi düşünürəm ki, Ermənistana bir daha gözdağı olmalı, şərti sərhədimizdə terrorçuluq fəaliyyəti göstərməkdən əl çəkməlidir."



Şərhçi qeyd edib ki, Azərbaycan 5 il öncə terrorçu dövlət Ermənistana dəmir yumruq göstərməklə dünyaya əsl müharibə örnəyi göstərmişdir:

"Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 5 il öncə sıx birləşərək yumruq oldu, Ermənistana layiq olduğu yeri göstərdi. Təsadüfi deyil ki, bütün türk dəvlətləri və dünyanın ən inkişaf etmiş aparıcı dövlətləri bu savaşda bizim səfimizdə yer tutdular. Məhz buna görə dünyanın vacib bütün tədbirlərində İlham Əliyev ən önəmli qonaq olaraq xüsusi diqqətə layiq görülür."

T. Allahverdiyev tədbirin formatı haqqında qeydlər edərək bildirib:

"Qeyd edim ki, Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq. Azərbaycanın dövlət başçısının da yaxından iştirak edəcəyi bu tədbirlərdə bir çox qlobal problemlər müzakirə ediləcək və cəmiyyətimiz üçün faydalı nəticələrə səbəb olacaqdır."

T. Allahverdiyev sonda qeyd edib ki, Suriyanın keçid hökumətinin başçısı Əhməd Əl Şaraa tədbir zamanı Azərbaycana dəvət edilib:

"Sonda önəmli məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycana səfərə dəvət olunub. Görüləcək işlər hələ çoxdur..."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

End of content

No more pages to load

RADİO