Parlamentdən Fransa Milli Assambleyasının qətnaməsinə ETİRAZ

Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə nümayiş etdirərək, ölkəmizə qarşı, o cümlədən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı absurd iddiaların əks olunduğu qətnamə qəbul edib.

Digər tərəfdən, bu ölkənin xarici işlər naziri Jan Noel Baro da Milli Assambleyadakı çıxışında həmin iddiaları təkrarlayıb, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu həmin ittihamlara etiraz əlaməti olaraq bəyanat yayıb.

Qrup bəyanatında beynəlxalq hüquqa və obyektiv reallığa uyğun gəlməyən qətnaməni və səsləndirilmiş fikirləri şiddətlə qınayıb, bunları Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirib.
 

Bildirilib ki, Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenlik prinsipinə sadiqdir. Bakı Təşəbbüs Qrupu isə məhz bu prinsiplərə əsaslanaraq, beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı çıxış edən, azadlıq və ədalət uğrunda mübarizə aparan xalqlara dəstək məqsədi daşıyan bir platformadır.


Fransa tərəfinin bu təşəbbüsü gözdən salmaq cəhdləri, əslində, onun öz bədnam müstəmləkə siyasətinə haqq qazandırmaq niyyətindən irəli gəlir.

Fransa kimi beynəlxalq hüququ və demokratiyanı müdafiə etdiyini iddia edən bir dövlətin Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalına göz yumması, bu müddət ərzində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə, mədəni və dini abidələrin dağıdılmasına səssiz qalması bu ölkənin əsl simasının sübutu, adət etdiyi ikili standartların daha bir bariz ifadəsidir.
 

“Biz bu gün müzəffər Azərbaycan liderinin rəhbərliyi altında artıq suveren ərazilərimizdə yaşayırıq, ərazi bütövlüyümüz tam bərpa olunub. Bununla da biz Fransanın Cənubi Qafqazda apardığı destruktiv siyasətin qarşısını kəsmişik. Ancaq biz görürük ki, Fransa məhz həmin müstəmləkəçilik təfəkkürünü Cənubi Qafqaz regionunda da tətbiq etməyə çalışır. Hələ də Ermənistanı silahlandırır və Ermənistandan malipulyativ alət kimi istifadə edir.


Bu gün Fransa hakimiyyəti Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı addımlarını hədəf almağa çalışır. Lakin Fransa artıq anlamalıdır ki, onun müstəmləkəçilik siyasəti, Yeni Kaledoniya və digər bölgələrdə yerli xalqların iradəsinin kobud şəkildə pozulması Bakı Təşəbbüs Qrupunun səyləri sayəsində artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Biz Fransa hakimiyyətini və qanunvericilik orqanını beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd siyasətlərdən imtina etməyə, fundamental insan hüquqlarına hörmətlə yanaşmağa və dənizaşırı ərazilərdəki xalqların müstəqillik arzularını təmin etməyə çağırırıq”, - deyə Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun bəyanatında vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

End of content

No more pages to load

RADİO