Etibar Məmmədovdan Arif Hacılıya MESAJ – “...axırı yaxşı olmayacaq”

“Jurnalistlərin ölümünə görə özümüzünküləri ittiham etmək və ya günahlandırmaq məncə yersizdir. Təbii ki, Arif Hacılının o mövqeyi birmənalı qarşılanmazdı”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Müsavat başqanı Arif Hacılının iyunun 4-də jurnalistlərin minaya düşməsinə görə Ermənistanın deyil, Azərbaycan rəhbərliyini günahlandırması məsələsinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Parlamentdə Arif Hacılı sərt tənqid edildi - SƏBƏB


Onun sözlərinə görə düşmən olan yerdə daxildə bir-birimizi ittiham etmək, nədəsə yarğılamağın axırı yaxşı olmayacaq:

“Jurnalistlər öz peşə borclarını yerinə yetirirlər və həyatlarını riskə qoyurlar. Bu da ağır nəticələrə gətirib çııxarır. Onların ehtiyatlı olması lazımdır. Mina partlayan əraziləri isə ciddi nəzarət altına almaq vacibdir. Minanın ora istər əvvəldən, istərsə də sonradan yerləşdirilməsi cinayətdir. Çox güman ki, atəşkəs sazişindən sonra yerləşdirilmiş minadır. Atəşkəsdən əvvəl ora Ermənistanın nəzarətində olub. Yaşadıqları əraziləri minalamazdılar. Onlar çıxarkən həmin yolları minalayıblar. Ermənistan diversantlarının Kəbəcərə keçməsi və mina basdırmaları fərziyyədir. Fərziyəyə min fərziyyə gətirmək olar. Fakt odur ki, o yol minalanıb və bu proses atəşkəsdən sonra Ermənistanın bizdən vaxt istəməsi müddətində həyata keçirilib.  

Ermənistanın mina xəritəsini verməməsilə cinayəti qəlizləşdirdiklərini vurğulayan partiya lideri beynəlxalq demokrat ittifaqına bu barədə məktub ünvanladığını bildirib:

“Dəfələrlə bu barədə fikir bildirmişəm. Daha sonra məktub göndərdim ki, dünya demokratik qüvvələri Ermənistana təzyiqlərini artırsınlar. Onlar da üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər. Atəşkəsdən sonrakı dövrdə təxminən o ərazilərdə minaların partlaması nəticəsində 120 şəxs dünyasını dəyişib. 

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı şəxsi “Facebook”  hesabında Kəlbəcərdə jurnalistlərin ölümü ilə nəticələnən faciəvi hadisə barədə yazdığı statusda baş verənləri Azərbaycan hakimiyyətinin yarıtmaz və səriştəsiz siyasəti ilə əlaqələndirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

End of content

No more pages to load

RADİO